Hadisə
24 yaşlı gənc xəstəxanada müəmmalı şəkildə ölüb
Ucar sakini xəstəxanada ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Ucar Mərkəzi Rayon Xəstəxanasında qeydə alınıb.
Rayonun Qazyan kənd sakini, 1992-ci il təvəllüdlü Rəhim Polad oğlu Ələkbərov xəstəxanada dünyasını dəyişib. Yaxınlarının sözlərinə görə, sağlam vəziyyətdə xəstəxananın təcili tibbi yardım stansiyası daxil olan R. Ələkbərov həkimin səhlənkarlığı nəticəsində dünyasını dəyişib.
Təcili tibbi yardım stansiyasının həkimi Ramil Tağızadə gecə saat 03:00 radələrində Ələkbərovun xəstəxanaya daxil olduğunu, ona lazımı tibbi yardın göstərildiyini və xəstəliyin ciddi olması barədə yaxınlarına məlumat verildiyini bildirib. Həkimin sözlərinə görə, Ələkbərovun yaxınları xəstəliyin ciddi olmadığını düşünərək onu evə aparıblar. Səhər saat 09:30 radələrində mərhum yenidən xəstəxanaya gətirilib. Ona ilkin yardım göstərilib, analizlər götürülüb. Analizlərin nəticəsinə görə, onun ağ ciyər vərəmi olduğu ehtimal olunduğundan vəziyyətin ciddiliyini nəzərə alınaraq o, reanimasiya şöbəsinə köçürülüb. Həkimlərin səyinə baxmayaraq R. Ələkbərov orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
-
Magazin223:40Paparazzilər məşhur cütlüyün əkizlərini görün harada yaxaladılar - FOTO
-
Hadisə22:36“Uşağımı canlı verdim, ölü aldım” - Dayə haqda şok iddia / VİDEO
-
Art22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq





































.jpg)
.jpg)