Hadisə
DƏHŞƏTLİ CİNAYƏT: Kişi ilə yatmaq üçün ARVADINI ÖLDÜRDÜLƏR və... – VİDEO/FOTO
Türkiyə Cümhuriyyət tarixində edam edilən ilk qadının
fotoları yayılıb.
Publika.az xəbər verir ki, 85 il öncə 1931-ci
ilin 12 sentyabr tarixində baş nazir İsmət İnönü Türkiyə Böyük
Millət Məclisinin (TBMM) verdiyi qərarı imzalamaqla İspartanın
Cebel (Sütçülər) bölgəsindəki Darıbükü kəndində yaşayan Ala Hasan
Oğullarından Hüseyn qızı Fatmanın ölüm fərmanını verdi.
Bu qərar Türkiyə Cümhuriyyət tarixində ilk qadının edam olunması
demək idi. Daha sonra qərar yerinə yetirildi. Və üç qadınla
işlədiyi iddia edilən cinayətə görə Fatma camaata ibrət olsun deyə,
açıq meydanda edam olundu. Fatmanın edam vaxtı çəkilən yeganə
fotosu bu günə qədər gəlib çıxıb.
Fatma tərəfindən öldürülərək, cəsədi çaya atılan Ümmüşaninin
Körpüçayın sahilində daşlarla örtülmüş qəbri də 85 il öncənin sirli
cinayətinin indiyə qədər qalan işarələrindəndir.
Sirli cinayət
1900-cı illərdə Türkiyənin bütün bölgələrində olduğu kimi Darıbükü
kəndində də kişilərin əksəriyyəti müharibəyə getmişdi. Kənddə çox
az kişi qalmışdı. Onlardan biri də Əşrəf adlı bir nəfər idi.
1990-cı ildə doğulan Əşrəf əri müharibədə ölən Taylak ləqəbli
Ümmüşani ilə evlənir və bir qızları olur. Daha sonra kəndin
kişiləri milli mücadilə dövründə yenidən cəbhəyə yollanırlar və
kənddəki kişilərin sayı daha da azalır. Kənddə qalanlardan biri də
Əşrəf idi. Və bundan sonra Əşrəflə evlənmək üçün kəndin qadınları
arasında mübarizə başlanır. Lakin Əşrəf evli idi. Belə olanda
Hanifə, Fatma və Xınalı ləqəbli başqa bir qadın Əşrəfin arvadı
Ümmüşanini aradan götürmək qərarına gəlirlər. Əvvəlcə Ümmüşanini
Xınalı ləqəbli qadının evinə dəvət edirlər. Bir az söhbət edəndən
sonra namaz qılmaq üçün evinə qayıtmaq istəyən Ümmüşanini “namazı
burada qıla bilərsən” deyə razı salırlar. Namaz qılarkən üç qadın
gənc Ümmüşaninin başına balta ilə kəsərək öldürürlər. Öldürəndən
sonra cəsədi evin altında olan axırın içinə basdırırlar. Xınalının
5-6 yaşındakı oğlu Hasan Ali bir həftə sonra anasına axırdan iy
gəldiyini deyir. Üç qadın qərara gələrək, cəsədi torbaya qoyub çaya
atırlar.
İddialara görə, cinayətdən Ümmüşaninin əri Əşrəfin də xəbəri
olub. O, 20 qızıl və tarla qarşılığında Hanifə ilə evlənməyə razı
olur və öz arvadının öldürülməsində iştirak edir. Cəsədin
daşınaraq, çaya atılmasında onun da rolu olur.
Cəsədi çaya atarkən kənardan keçən iki nəfər bunu görür və bundan sonra cinayətin üstü açılır. Edam edilən ilk qadının həyatı və həmin cinayətin sirri ilə bağlı Türkiyədə sənədli film də çəkilib.
-
Avropa07:35Dünya kabus ssenarisinə hazırlaşır: Çoxlu sayda insan öləcək
-
İdman03:43Messidən sonra Argentina millisinin bombardiri kim olacaq? - Tarixi siyahı
-
Qoroskop01:20Günün ulduz falı: Hər şeyin öz axarında getməsinə icazə verin
-
İdman7 Oktyabr 23:05Montella gedir, Arda Turan gəlir? - Gözlənilməz iddia
-
Sosial7 Oktyabr 21:00Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Siyahı
-
Nida Xəbər 7 Oktyabr 19:20AK Parti sözçüsü: Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan ölkələr var - Video
-
Gözəllik7 Oktyabr 18:20Azərbaycanda ən çox edilən estetik əməliyyatlar açıqlandı
-
Nida Xəbər 7 Oktyabr 16:21Çavuşoğlundan Bakıda sülh mesajı: Müharibənin bitməsi kifayət deyil






















.png)















