Hadisə
Yol polisindən Bilik Günü HESABATI
15 sentyabr - Bilik Günü ilə əlaqədar Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxtdakı təhsil müəssisələri ətrafında və digər ərazilərdə sıxlığın qarşısını almaq üçün xidməti davam etdirirlər.
Bu barədə Trend-ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, səhər saat 07:30 radələrindən etibarən yol polisi əməkdaşları təhsil müəssisələrini və ətraf ərazidəki avtomobil yollarını, piyada keçidlərini nəzarətdə saxlayır: "Hələlik paytaxt ərazisində tıxac yaranmayıb, yol polisləri yol ayrıcları və piyada keçidlərinə nəzarəti davam etdirir. Paytaxtda cüzi sıxlıq yalnız təhsil müəssisələrinin ətrafında baş verir. Bu da gözləniləndir. Hazırda yol polisi əməkdaşları paytaxtda hərəkətin təhlükəsizliyinin təmin edilməsi, insanların rahat hərəkəti üçün tədbirlərini davam etdirirlər".
V.Əsədov qeyd edib ki, hələlik paytaxtda xəsarətlə nəticələnən yol qəzası baş verməyib.
-
Avropa07:35Dünya kabus ssenarisinə hazırlaşır: Çoxlu sayda insan öləcək
-
İdman03:43Messidən sonra Argentina millisinin bombardiri kim olacaq? - Tarixi siyahı
-
Qoroskop01:20Günün ulduz falı: Hər şeyin öz axarında getməsinə icazə verin
-
İdman7 Oktyabr 23:05Montella gedir, Arda Turan gəlir? - Gözlənilməz iddia
-
Sosial7 Oktyabr 21:00Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Siyahı
-
Nida Xəbər 7 Oktyabr 19:20AK Parti sözçüsü: Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan ölkələr var - Video
-
Gözəllik7 Oktyabr 18:20Azərbaycanda ən çox edilən estetik əməliyyatlar açıqlandı
-
Nida Xəbər 7 Oktyabr 16:21Çavuşoğlundan Bakıda sülh mesajı: Müharibənin bitməsi kifayət deyil






















.png)
















