Hadisə
Baş həkimin oğlunun öldüyü qəzanın görüntüləri - VİDEO
Göyçay rayonunda bir nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.
Region TV xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun 195-ci km-liyində, Göyçayın Qarayazı kəndi ərazisində qeydə alınıb.
Qaraməryəm kənd sakini, 1989-cu il təvəllüdlü Sultanov Zaur İsa oğlu idarə etdiyi VAZ-21015 markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən camışları vurub.
Avtomobil zərbənin təsirindən yoldan çıxaraq aşıb. Hadisə zamanı ağır bədən xəsarətləri alan Zaur Sultanov Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda ölüb.
Z. Sultanov Qaraməryəm Kənd Xəstəxanasının baş həkimi İsa Sultanovun oğludur.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
-
Sosial20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən Ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi




































.jpg)
