ABŞ
İrana yeni zərbələr endirilə bilər? - “Axios” 28 fevral hücumunu xatırlatdı
ABŞ Prezidenti Donald Tramp ölkəsinin İrana qarşı hərbi əməliyyatı bərpa etməsi ilə bağlı tələsik qərarlar qəbul etməyəcəyini bildirib.
Publika.az xəbər verir ki, o, bu barədə “Axios” nəşrinin sualını cavablandırarkən danışıb.
“İranla bağlı hər hansı qərar qəbul etməyə tələsmirəm. Yeni il başlayandan sonra nələrin baş verəcəyinə baxarıq”, – deyə Tramp bildirib.
“Axios” xatırladır ki, fevral ayında münaqişə başlamazdan bir gün əvvəl də ABŞ lideri hələ heç bir qərar qəbul etmədiyini bildirmişdi. Lakin əslində o, artıq İslam Respublikasına zərbələr endirilməsi barədə əmr vermişdi.
Materialda qeyd olunur ki, Tramp, ehtimal ki, dəniz blokadasının və iqtisadi təzyiq kampaniyasının təsirini gücləndirməyə üstünlük verir. Bununla belə, bu, həm də o demək ola bilər ki, Tehran ilin sonunadək güzəştə getməsə, o, Konqresin yeni tərkibi fəaliyyətə başlayana qədər zərbələr endirmək imkanını özündə saxlamağı planlaşdırır.
Daha əvvəl “The New York Times” qəzeti yazıb ki, Tramp yeni kəşfiyyat məlumatları və İsrailin çağırışları əsasında İrana qarşı növbəti zərbələr seriyasının endirilməsi planlarını nəzərdən keçirir.
Noyabrın 19-da ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin Şençjendə tarixi görüş keçiriblər. Üçtərəfli danışıqların yekununda sülh haqqında bəyannamə qəbul edilib.
Hüseyn İbadlı
-
Dünya23:12Bu ölkədə altı günlük iş həftəsi ləğv edildi
-
İdman23:00PSJ 50 milyonluq futbolçunun satışını təkzib etdi - FOTO
-
Nida Xəbər 21:50Holdinq rəhbəri 445 minlik mənimsəyə görə Azərbaycana gətirildi
-
Art20:48Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasında - FOTO
-
Dünya20:36Qız həqiqəti gizlətdiyi üçün toy ləğv edildi - Kosmik tədqiqatlar üzrə alimi necə aldadıblar?
-
Elm və təhsil20:00Nazir Məleykə Abbaszadəni BDU-nun kollektivinə təqdim etdi - FOTO
-
Rəsmi xronika16:08Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır - İlham Əliyev
-
Nida Xəbər 15:12Məleykə Abbaszadə rektor təyin olunmazdan 13 dəqiqə əvvəl nə paylaşmışdı? - FOTO





















.jpg)












.png)