Hadisə
Qaraməryəmdə QARA TOY: 22 nəfər...
Göyçayın Qaraməryəm kəndində sentyabrən 18-də keçirilmiş toy məclisində kütləvi zəhərlənmə olub.
Bu barədə Publika.az-a Gigiyena və Epidemologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev məlumat verib.
Onun sözlərinə görə, hadisə nəticəsində 12-i uşaq olmaqla, ümumilikdə 22 nəfər zəhərlənib: “6 uşaq və 8 nəfər böyük Qaraməryəm kənd xəstəxanası, 6 uşaq və 2 nəfər böyük isə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Onlara yardım göstərilib və artıq bütün xəstələr evə buraxılıb”.
İ.Abdullayev bildirib ki, zəhərlənmənin dəqiq səbəbini müəyyən etmək üçün nümunələr götürülüb. Laborator müayinələrin nəticələrinə əsasən səbəb bəlli olacaq: “Toy restoranda yox, həyətdə olub. Orada hazırlanan yeməklər hamısı ev şəraitində hazırlanıb. İlkin ehtimal zəhərlənməyə səbəb qida çirklənməsidir. Lakin xəstələrdə müşahidə olunan əlamətlər və laborator müayinələrin nəticəsinə əsasən səbəbi daha dəqiq biləcəyik. Artıq ət, pendir, içkilərdən nümunələr götürülüb. Təəssüf ki, baş verən kütləvi zəhərlənmələrdə əsas səbəb qidanın çirklənməsi olur. Bu da bişirilmiş qidanın normal şəraitdə saxlanmamasıdır. Təzə ət kəsiləndən sonra belə bir neçə saat açıq havada qalırsa keyfiyyətini itirir. Belə məclislərdə isə yeməkləri hazırlayıb açıq havada saxlayırlar. Bəzən uzərinə müxtəlif həşəratlar qonur və mikrob salır. Bir neçə saat ərzində mikrob bütün qidanın tərkibini dəyişə bilir. İnsanlar bilməlidir ki, bişmiş qidanə ya ocaq üstündə, ya da soyucuda saxlamaq lazımdır”.
Gülxar
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq







































.jpg)
