Hadisə
Hava limanında silahlı şəxs tutuldu
Mayın 14-də Heydər Əliyev Beynəlxalq Hava Limanında silahlı şəxs saxlanılıb.
Bunu Trend-ə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Xidmət rəisi Məhərrəm Səfərli bildirib.
Onun sözlərinə görə, bu gün səhər saat 04:30-da Ukrayna Beynəlxalq Hava Yollarının təyyarəsinə minik başlayarkən Aviasiya Təhlükəsizliyi İdarəsinin əməkdaşları Bakıdan Kiyevə uçan Azərbaycan vətəndaşı, 1977-ci il təvəllüdlü İsmayılov Vaqif Saleh oğlunun üzərindən tabel silahı olan “Makarov” tipli tapança aşkar ediblər. V.İsmayılovun üzərindən tapança ilə yanaşı, 1 ədəd daraq və 6 ədəd döyüş patronu aşkar edilərək götürülüb.
V. İsmayılov Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
-
Magazin117:24Boşanma xəbərlərindən sonra ilk dəfə bir araya gəldilər - FOTO
-
İKT16:36Ən təhlükəli brauzerlərin adı açıqlandı
-
ABŞ15:25Zelenski gələn həftə Trampla görüşəcək
-
Yaxın Şərq15:18İki həftəlik müharibə ABŞ ordusuna nə qədər ziyan vurdu? - İran 20 milyard deyir
-
Avropa13:16Xəbərdarlıq: Güclü leysan yağışları, ildırım, dolu və saatda 90 kilometrə çatan külək...
-
Magazin212:48Aktrisanın çimərlik görüntüləri müzakirələrə səbəb oldu - FOTO
-
Ekologiya12:36Sabah 40 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
İdman11:47Erməni güləşçilər Bakıya gəldilər






































