İdman
Azərbaycanlı tennisçi finalda amerikalı rəqibini məğlub etdi - FOTO
29 aprel - 13 may tarixlərində Bakı Tennis Akademiyasında Heydər Əliyevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında beynəlxalq reytinqli tennis turniri keçirilib.
Publika.az xəbər verir ki, 32 idmançının iştirak etdiyi turnirin qalibi həmyerlimiz Kənan Qasımov olub.
14 yaşlı tennisçimiz rusiyalı, ukraynalı və qazaxıstanlı yaşıdlarına qalib gələrək finala yüksəlib. Finalda amerikalı Stefan Joromski ilə qarşılaşan Kənan bu görüşdə də qələbə qazanaraq turnirin qalibi olub.
Tennis üzrə 10 qat Azərbaycan çempionu Tələt Rəhimovun tələbəsi olan Kənan Qasımov daha əvvəl Azərbaycan və Bakı birinciliyinin qalibi olub.
O, yarışla bağlı təəssüratlarını bölüşüb: "Yarış gərgin keçdi. Ötən həftə keçirilən beynəlxalq turnirin yarımfinal görüşündə zədə almışdım. Buna baxmayaraq, bu turnirdən əvvəl qarşıma məqsəd qoydum ki, birinci olacağam. Qalib gəldiyim üçün çox sevinirəm. Çalışacağam ki, başqa ölkələrdə keçirilən yarışlarda da bu nəticəni təkrarlayım. Hazırda qarşıma qoyduğum məqsəd yaşıdlarım arasında reytinqimi yüksəldərək "100-lüy"ə, daha sonra "Top 50"yə daxil olmaqdır. Gələcəkdə isə Roje Federer kimi məşhur tennisçi olmaq, "Australian Open", "Wimbledon" kimi tunirlərdə ölkəmizi təmsil etmək istəyirəm".




-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı











.jpg)






















.jpg)

.jpg)