İdman
Britaniya portalı AFFA-nın Mxitaryanla bağlı açıqlamasından yazdı
“Arsenal”ın erməni əsilli yarımmüdafiəçisi Henrix Mxitaryanın UEFA Avropa Liqasının mayın 29-da Bakıda “Çelsi” ilə keçiriləcək final oyununda iştirak etmək üçün Bakıya səfər etməmək barədə qərarı Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən əsassız qərar kimi dəyərləndirilib.
Publika.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Inside World Football” portalında dərc olunan məqalədə qeyd edilir.
Məqalədə AFFA-ya istinad olunaraq bildirilir: “Növbəti həftənin çərşənbə günü UEFA Avropa Liqasının final oyununda “Çelsi” ilə qarşılaşacaq “Arsenal” komandasının futbolçusu Henrix Mxitaryanın Bakıya gəlməməsi ilə bağlı klubun açıqlaması, anladığımız qədər, “Arsenal”, futbolçu və onun ailəsi tərəfindən birgə verilmiş bu əsassız qərar bizdə təəssüf hissi doğurur. Futbolçunun ölkəmizə gəlməməklə bağlı şəxsi qərarını anlasaq da, bir daha bildiririk ki, UEFA-nın tələblərinə uyğun olaraq, Azərbaycan final oyununun ev sahibi kimi Mxitaryanın şəxsi təhlükəsizliyinin təmin olunmasına bütün lazımi zəmanətləri verib. Azərbaycan tərəfinin verdiyi zəmanətin ciddiliyini şübhə altına almaq üçün heç bir səbəb yoxdur”.
Məqalədə, həmçinin ötən illər ərzində Azərbaycanın öz ərazisində keçirilmiş beynəlxalq idman tədbirlərində çoxsaylı erməni əsilli idmançının problemsiz iştirakının təmin olunduğu qeyd edilir.
“Nəhayət, hesab edirik ki, bu təəssüf doğuran açıqlama keçiriləcək final oyununun keyfiyyətinə və möhtəşəmliyinə heç bir şəkildə mənfi təsir göstərməyəcək. Tezliklə Bakıya təşrif buyuracaq hər iki komandanı qarşılamağa hazırıq”, - deyə məqalədə AFFA-nın yaydığı açıqlamaya istinadən bildirilir.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi



































