İdman
Karateçilərimiz vətənə 8 medalla döndülər
Azərbaycanın yeniyetmə və gənclərdən ibarət milli komandasının üzvləri Macarıstanda 22-ci “Budapeşt Open” beynəlxalq karate turnirində 3 qızıl və 5 bürünc medal qazandılar.
Publika.az Azərbaycan Milli Karate Federasiyasının saytına istinadla xəbər verir ki, baş məşqçi Anar Allahverdiyevin rəhbərlik etdiyi komandanın üzvlərindən 16-17 yaşlı gənclərdə Hüseyn Məmmədli (61 kq), Ayla Rzazadə (-59 kq), həmçinin 21 yaşadək gənclər arasında Murad Hacızadə (+84 kq) qızıl medal qazanıblar.
Böyüklər arasında da özünü sınayan M.Hacızadədən (+84 kq) başqa 16-18 yaşlı gənclərdən Sultan Hüseynov (-55 kq), Tale Yaqubov (-68 kq), 21 yaşadək gənclərdən isə Hümmət Baxşəliyev (-67 kq) və Fidan Teymurova (-50 kq) bürünc mükafata sahib olublar.
Ənənəvi “Budapeşt Open” turnirinə 36 ölkədən 1875 karateçi qatılıb. Macarıstandakı yarış və sentyabrın ikinci yarısı İranın Urmiyə şəhərində daha bir beynəlxalq turnir, oktyabrın axırında Çilidə dünya çempionatına sınaq məqsədi daşıyır.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



















.jpg)















.jpg)
.jpg)
