İdman
"Beşiktaş" doğma meydanda "Rizəspor"u darmadağın etdi
Yanvarın 6-da futbol üzrə Türkiyə çempionatının XVII turunun ikinci gün qarşılaşmasında "Beşiktaş" doğma meydanda "Rizəspor"u qəbul edib.
Publika.az xəbər verir ki, gərgin keçən görüşdə İstanbul təmsilçisi rəqibinin qapısından altı cavabsız top keçirib. "Beşiktaş"ın qollarını Kayil Larin (19, 31, 79, 83), Oğuzxan Özyaqub (56) və Ajdin Hasiç (89) vurub. Beləliklə, "Beşiktaş" doğma meydanda qazandığı qələbə sayəsində yenidən turnir cədvəlinin lideri olub.
Günün digər oyunlarında "Trabzonspor" doğma meydanda "Göztəpə"ni minimal hesabla məğlub edib – 1:0. "Kayserispor" isə səfərdə "Dənizlispor"u 0:1 hesab ilə üstələyib. "Gənclərbirliyi" isə öz meydanında "Hatayspor"u 3:1 hesabı ilə udub. "Başakşəhər" də "Ərzurumspor"u 1:0 hesabı ilə məğlubiyyətə uğradıb. "Antalyaspor" isə "Fatih Karagümrük"ü 3:1 hesabı ilə udub.
Tura "Fənərbağça" – "Alanyaspor" matçı ilə yekun vurulacaq.
Hazırda çempionatın turnir cədvəlinə 34 xalla "Beşiktaş" başçılıq edir. Ondan 3 xal geri qalan "Qaziantep" ikinci, 30 xal toplayan "Alanyaspor" isə üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. Doqquzuncu turda "Kasımpaşa" istirahət edib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



















.jpg)















.jpg)
.jpg)
