İdman
Rüşvətə görə həbs olunan mütəxəssis onları İTTİHAM ETDİ
Korrupsiya qalmaqalına görə həbs olunan Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının baş məşqçisi Zoran Mamiç məhkəmədə ifadə verib.
Publika.az xəbər verir ki, Zaqreb təmsilçisinin büdcəsindən 17,3 milyon ABŞ dolları mənimsəməkdə ittiham olunan 50 yaşlı mütəxəssis bu işdə İspaniya "Real Madrid"inin yarımmüdafiəçisi Luka Modriçlə Rusiya "Zenit"ində çıxış edən Deyan Lovrenin də əlinin olduğunu bildirib.
Onun sözlərinə görə, klubdan vəsaiti sözügedən oyunçuların vasitəsilə əldə edib: "Modriçin hesabında hələ də xüsusi müqavilə əsasında istifadə etdiyimiz bir neçə milyon avro pul var. Mamiç qardaşları pulları qaytarmalıdırsa, Lovren və Modriç də bunu etməlidir. Onlar məhkəmədə müqavilə imzalayıb, pul götürdüklərini etiraf ediblər".
Qeyd edək ki, Zoran Mamiç məhkəmənin qərarı ilə 4,5 il müddətinə azadlıqdan məhrum edilib. Onun qardaşı, "Dinamo"nun idman direktoru vəzifəsində Zdvarko Mamiçə isə 6,5 il həbs cəzası verilib. Hər iki şəxs 2008-ci ildən indiyədək klubun büdcəsindən 17,3 milyon ABŞ dolları mənimsəməkdə ittiham olunub. Qardaşlar 1,8 milyon ABŞ dolları məbləğində vergi ödəməməkdə də günahlandırılıb.
-
Magazin219:12Yusuf Güney həbs edildi
-
ABŞ19:00ABŞ-da qəzaya uğrayan təyyarə PARTLADI - Ölənlər var
-
Yaxın Şərq16:33İranın Ali Rəhbəri haradadır? - Öldüyü deyilən Xamenei ilə bağlı RƏSMİ AÇIQLAMA
-
İdman16:27PSJ-nin ulduzu "Liverpul"la oyundan əvvəl şok xəbər alıb: Qardaşı sevgilisini... - FOTOLAR
-
Sosial16:17Bakıda faciəvi şəkildə ölən zabit olub
-
Nida Xəbər 15:52Prezidentin yüksək vəzifə verdiyi Əməşov kimdir? - FOTO
-
Region15:42Paşinyandan yeni Konstitusiya açıqlaması: Yalnız bir seçim var
-
Yaxın Şərq13:3240 günlük müharibə: İsrailin itkiləri açıqlandı – 7451 nəfər...





































