İdman
"Qalatasaray" doğma meydanda məğlub oldu
Martın 19-da futbol üzrə Türkiyə çempionatının XXXI turu çərçivəsində keçirilən qarşılaşmada “Qalatasaray” doğma meydanda “Rizəspor”u qəbul edib.
Publika.az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə İstanbul təmsilçiləri qonaqlara 3:4 hesabı ilə məğlub olublar. "Qalatasaray"ın qollarını Deandre Yedlin (14), Emre Akbaba (31) və Yassine Meriah (74) vurublar. Rizə klubunun heyətində isə Samu (2), Fernando Boldrin (41), Milan Skoda (54) və Fernando Santos (90+2) fərqləniblər.
Günün digər matçında isə “Fatih Karagümrük” doğma meydanda “Kayserispor”un qapısından üç cavabsız top keçirib.
Turun digər oyunları martın 20 və 21-də keçiriləcək.
Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 63 xalla “Beşiktaş” başçılıq edir. İkinci pillədə 61 xal toplayan “Qalatasaray”, üçüncü pillədə isə 58 xala malik olan “Fənərbağça” qərarlaşıb.
Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XXXI turda “Hatayspor” istirahət edir.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



















.jpg)















.jpg)
.jpg)
