İdman
Konfrans Liqası: Azərbaycanın iki klubu mübarizəni erkən dayandırdı
"Sumqayıt" və "Keşlə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxıb.
Publika.az xəbər verir ki, Sənan Qurbanovun baş məşqçi olduğu paxtaxt təmsilçisi Rusiyanın "Soçi" klubunu qəbul edib.
"ASK Arena"da keçirilmiş qarşılaşmada qonaqlar 4:2 hesabı ilə qələbə qazanıb. 21-ci dəqiqədə rəqibin heyətində Marko Duqandziç hesabı açıb. 35-ci dəqiqədə "Keşlə"nin braziliyalı legioneri Felipe Santos bərabərlik qolunu vurub. Bundan 3 dəqiqə sonra Nikita Burmistrov "Soçi"ni yenidən önə keçirib.
İlk hissə bu hesabla yekunlaşıb. İkinci yarının əvvəlində paytaxt təmsilçisi hesabı bərabərləşdirməyə müvəffəq olub. 52-ci dəqiqədə Rəhman Hacıyev topu rəqib qapısından keçirib. Danila Proxin 70-ci dəqiqədə meydan sahiblərini növbəti dəfə mərkəzə dəvət edib. Duqandziç 82-ci dəqiqədə özünün ikinci, komandasının isə 4-cü qoluna imza atıb. Rusiyadakı matçda rəqibinə 0:3 hesabı ilə uduzan "Keşlə" Konfrans Liqası ilə vidalaşıb.
"Sumqayıt" "Kapital Bank Arena"da Serbiyanın "Çukariçki" komandası ilə üz-üzə gəlib. Görüş "gənclik şəhəri" təmsilçisi üçün yaxşı başlamayıb. 10-cu dəqiqədə Belqrad klubunun heyətində İbrahima Ndiaye hesabı açıb. 6 dəqiqə sonra isə Marko Dotsiç penaltidən fərqlənməklə meydan sahibini növbəti dəfə məyus edib. Oyunda başqa qol vurulmayıb. Serbiyada rəqibi ilə qolsuz heç-heçə edən "Sumqayıt" da Konfrans Liqası ilə vidalaşmalı olub.
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı



































.jpg)

.jpg)