İdman
Dünya çempionatı: Üç boksçumuz döddəbir finala vəsiqə qazandı
Serbiyanın paytaxtı Belqradda boks üzrə dünya çempionatında səkkizdəbir final mərhələsinə start verilib.
Publika.az xəbər verir ki, mərhələnin ilk günündə Azərbaycan millisinin dörd üzvü rinqə çıxıb.
Boksçumuz Alfonso Dominqes (86 kq) AİBA bayrağı altında çıxış edən Tavfiqulla Suleymanidən sonra rumıniyalı Pol Aradoae ilə qüvvəsini sınayıb. Avropa Oyunlarının qalibi bu dəfə də rəqibini 5:0 hesabı ilə məğlub edib. O, dörddəbir finalda rusiyalı Şarabutdin Atayevlə döyüşəcək. Görüş noyabrın 2-də baş tutacaq.
Yonas Yazeviçiusi (Litva) mübarizədən kənarlaşdıran Məhəmməd Abdullayev (+91 kq) isə səkkizdəbir finalda Vladan Babiçlə (Serbiya) üz-üzə gəlib. Təmsilçimiz döyüşü 5:0 hesabı ilə aktivinə yazıb. O, noyabrın 2-də təşkil olunacaq dörddəbir finalda hindistanlı Narender münasibətinə aydınlıq gətirəcək.
Sərxan Əliyev (71 kq) startda Stefen Nevnsi (Şotlandiya) məğlub etdikdən sonra Yuta Akiyama (Yaponiya) ilə qüvvəsini sınayıb. Görüş boksçumuzun qələbəsi ilə yekunlaşıb – 5:0. O da növbəti döyüşünü noyabrın 2-də keçirəcək. S.Əliyevin rəqibi ABŞ təmsilçisi Obed Barti olacaq.
İlk iki qarşılaşmada, müvafiq olaraq Çarles Petit-Homm (Haiti) və Simone Spada (İtaliya) üzərində qələbə qazanan Tayfur Əliyev (60 kq) isə üçüncü sınağında Arslan Xatayevə (Finlandiya) məğlub olduğu üçün mundialla vidalaşıb.
Komandamız dünya çempionatına 9 boksçu ilə qatılıb.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp























.jpg)
.jpg)





