İdman
Azərbaycanın 3 boksçusu yarımfinala yüksəldi
Serbiyanın paytaxtı Belqradda boks üzrə dünya çempionatında dörddəbir final mərhələsinin görüşləri keçirilib.
Publika.az xəbər verir ki, yarımfinala gedən yolda Azərbaycan millisinin 4 üzvü qüvvəsini sınayıb. AİBA bayrağı altında çıxış edən Tavfiqulla Suleymanini, ardınca rumıniyalı Pol Aradoaeni mübarizədən kənarlaşdıran Alfonso Dominqes (86 kq) dörddəbir finalda rusiyalı Şarabutdin Atayevlə qarşılaşıb. Gərgin keçən görüş Olimpiya mükafatçımızın qələbəsi ilə yekunlaşıb. O, rəqibini 4:1 hesabı ilə məğlub edib. Yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı təmin edən Alfonso növbəti qarşılaşmasında kubalı Ruis Kordoba ilə üz-üzə gələcək.
Avropa Oyunlarının qalibinin uğurunu Məhəmməd Abdullayev (+92 kq) də təkrarlayıb. Boksçumuz Yonas Yazeviçius (Litva) və Vladan Babiçin (Serbiya) ardınca Narenderə (Hindistan) gücünü göstərib. O, dörddəbir finalda hindistanlı boksçunu 5:0 hesabı ilə məğlub edib. Bu qələbə sayəsində özü üçün ən azı bürünc medalı təmin edən M.Abdullayev yarımfinalda Davit Çaloyanla (Ermənistan) qarşılaşacaq.
İlk iki mərhələdə Stefen Nevns (Şotlandiya) və Yuta Akiyamanı (Yaponiya) məğlub edən Sərxan Əliyev (71 kq) dörddəbir finalda Obed Barti (ABŞ) ilə qarşılaşıb. Görüş boksçumuzun qələbəsi ilə başa çatıb. O, rəqibini 4:1 hesabı ilə məğlub edib. Yarımfinala vəsiqə qazanmaqla özü üçün ən azı bürünc medalı təmin edən S.Əliyev final üçün ukraynalı Yuri Zaxariyevlə üz-üzə gələcək.
Monqolustanlı Enxmandağ Xarxuuya, daha sonra puerto-rikolu Yankiel Riveraya qalib gələn Məsud Yusifzadə (51 kq) dörddəbir finalda tailandlı Tanarat Saengfetə uduzub.
Qeyd edək ki, bu gün dünya çempionatında istirahət günüdür. Yarımfinal qarşılaşmaları noyabrın 4-də baş tutacaq. Növbəti 2 gündə isə final görüşləri təşkil olunacaq. Komandamız dünya çempionatına 9 boksçu ilə qatılıb.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
























.jpg)
.jpg)





