İdman
Beydullayeva çempionluğundan danışdı: "Uşaqlıq arzum idi"
Sonuncu turda uduzsam da, dünya çempionuyam və bu, mənim uşaqlıq arzum idi.
Publika.az xəbər verir ki, bunu FİDE-nin rəsmi Feysbuk səhifəsinə açıqlamasında gənc qadınlar arasında dünya çempionu olmuş azərbaycanlı şahmatçı Gövhər Beydullayeva deyib.
Hər il gənclər arasında çempionatlarda iştirak etdiyini, ancaq medal qazana bilmədiyini bildirən qrossmeyster onlayn formada qalib adını qazandığını qeyd edib: "Son iki ildə dünya çempionatı klassik formada deyil, onlayn keçirilmişdi. Orda titul aldım. Amma bu, mənim ilk dünya çempionluğum idi. Çox xoşbəxtəm".
Dünya çempionluğunun heç bir başqa uğurla müqayisə olunmadığını vurğulayan Gövhər Beydullayeva bunun xüsusi duyğu olduğunu deyib: "Mən Avropa çempionu da olmuşdum, amma bu, tam başqadır".
Azərbaycanlı dünya çempionu qarşıdakı hədəfləri haqqında da danışıb: "Yəqin ki, Dünya Kubokuna qatılacam. Ümid edirəm ki, orda əlimdən gələn qədər yaxşı oynaya biləcəm".
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı











.jpg)






















.jpg)

.jpg)