İdman
Dünya Kuboku belə hazırlanır: maraqlı faktlar - VİDEO
Bir neçə gündən sonra 4 illiyin ən önəmli yarışı olan futbol üzrə dünya çempionatı start götürəcək. Bu məqamda, heç şübhəsiz, hər bir oyunçunun xəyalı olan Dünya Kubokunun necə və harada hazırlandığına nəzər salmaq maraqlı olardı.
Publika.az xəbər verir ki, ilk növbədə onu qeyd etmək lazımdır ki, hazırkı mükafat mundialların qalibinə təqdim olunan 2-ci kubokdur. 1930-cu ildən 1970-ci ilə qədər dünya çempionlarına üzərində qələbə ilahəsi Nika əks olunan “Jül Rime” mükafatı təqdim olunurdu. Lakin 1970-ci ildə Braziliya yığması turniri 3-cü dəfə qazanaraq kuboku əbədi saxlamaq hüququna yiyələndiyindən yeni mükafata ehtiyac yarandı. FİFA-ya təqdim olunan 53 variant arasında qurum yekunda italiyalı Silvio Qatsaniqqanın eskizinə üstünlük verdi.
Bundan başqa, kubokun verilmə qaydaları da dəyişikliyə məruz qaldı. Artıq mundialların qaliblərinə mükafatın nüsxəsi təqdim olunur, orijinal kubok isə FİFA-nın mənzil qərargahında saxlanılır.
Müasir kubokun hazırlanmasında malaxit və 18 karatlıq qızıldan istifadə olunur. Hündürlüyü 36,8 santimetr, çəkisi isə 6,1 kiloqram olan mükafat Yer kürəsini tutan iki insan fiqurunu təsvir edir.
Maraq üçün onu da deyək ki, İtaliyadakı kiçik bir müəssisədə hazırlanan kubokun ərsəyə gəlməsində 14 nəfərlik heyət işləyir.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik:
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı











.jpg)






















.jpg)

.jpg)