İdman
Kərim Benzema karyerasını BAŞA VURDU
"Real Madrid"in hücumçusu Kərim Benzema Fransa millisindəki karyerasını başa vurduğunu açıqlayıb.
Publika.az xəbər verir kli, bu barədə 35 yaşlı idmançının özü sosial şəbəkələrdəki səhifələrində məlumat verib.
"Mən bu yolda çox səy göstərdim, səhvlər etdim. Amma əldə etdiklərimlə fəxr edirəm. Hekayəmi yazdım. İndi də sona çatdı", - onun paylaşımında deyilir.
Qeyd edək ki, o, Fransa millisində 97 oyun keçirib və bu oyunda 37 qol vurub.
Qətərdə keçirilən dünya çempionatında zədəli olduğu üçün çıxış edə bilməyib, lakin komandanın tərkibində qalıb. Fransa yığması Argentina komandasına uduzaraq ikinci olub.
O, 2007-ci ildən milli komandada çıxış edir. 2015-ci ildə qalmaqalla bağlı fəaliyyəti dayandırılmışdı. O, komanda yoldaşını şantaj etməkdə ittiham olunub. Amma ötən ilin mayında yenidən milliyə dəvət alıb.
Hüseyn İbadlı
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı











.jpg)






















.jpg)

.jpg)