Azərbaycan millisində qalmaqallı qadın güləşçi: Dopinqdə ilişib, sevgi yaşayıb - FOTOLAR
Bizi izləyin

İdman

Azərbaycan millisində qalmaqallı qadın güləşçi: Dopinqdə ilişib, sevgi yaşayıb - FOTOLAR

Güləş üzrə qadınlardan ibarət Azərbaycan millisinə yeni legioner cəlb edilib.

Publika.az-ın əldə etdiyi məlumata görə, söhbət ukraynalı İlona Dudyak Semkivdən gedir. 2018-ci ilə qədər beynəlxalq arenada sözügedən ölkəni təmsil edən 29 yaşlı güləşçi bundan sonra yığmamızın uğurları üçün çalışacaq.

Onun adı bu gün Azərbaycan Güləş Federasiyası tərəfindən ictimaiyyətə açıqlanacaq. O, hazırda Bakıda təlim-məşq toplanışında olan qadınlardan ibarət millimizin təlim-məşq toplanışında iştirak edir. İlk yarışına isə gələn ay çıxacaq. İlona 17-23 aprel tarixində Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək Avropa çempionatında iştirak edəcək. O, olimpiya çəkisində - 55 kq-da mübarizə aparacaq.

Bu çəki dərəcəsində çıxış edən digər güləşçi Elnirə Məmmədovadır. Həmyerlimiz Konya-2021 İslam oyunlarının bürünc medalçısı, ötən il keçirilən U-20 Avropa çempionatı qalibidir.

Semkivə gəlincə, o, 2017-ci ildə keçirilən Avropa çempionatının gümüş mükafatçısıdır. İlona 48 kq-da finalda millimizin lideri Mariya Stadnikə uduzub. Maraqlı məqam odur ki, hər iki güləşçi Lvov məktəbinin yetirməsidir.

Semkiv qalmaqallı güləşçilərindən biridir. O, 2018-ci ildə antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə diskvalifikasiya olunub. Cəzası ötən il başa çatıb.

O, cəzalı olduğu müddətdə sevgi həyatı yaşayıb və 1 qız övladı dünyaya gətirib.

Heybət Məmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm