İdman
Rəqibə başqa üzümüzü göstərməliyik
"Nəticə və oyuna görə xoşbəxt deyiləm. Vəziyyəti çox çətinləşdirdik, səviyyəmizə uyğun çıxış etmədik. Cavab matçında rəqibə başqa üzümüzü göstərməliyik".
Publika.az-ın məlumatına görə, bunları "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf səfərdə "Turan Tovuz"a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
Rumıniyalı mütəxəssis bildirib ki, cavab qarşılaşmasında hər şey ola bilər: "Bu gün rəqibin etdiklərini biz edə bilmədik. Amma komandama 100 faiz inanıram. Ümumi vəziyyəti xeyrimizə dəyişə bilərik. Daha konsentrasiyalı oynamalıyıq. Bu cür vəziyyətlərə öyrəşmişik. İnanıram ki, geridönüş edə biləcəyik".
Onun sözlərinə görə, məğlubiyyətə bir çox amil səbəb ola bilər: "Bunlardan biri örtüyün süni olmasıdır. Bu barədə futbolçularımla çox danışıram. Əslində səbəb axtarmaq lazım deyil. Yaxşı oynamadıq. Ən azından döyüşməliydik. Növbəti mərhələyə vəsiqə qazanmaq istəyirik. Bunun üçün də qollar vurmalıyıq. "Bakcell Arena"da nə baş verəcəyini bilirik. Öz oyunumuzu oynamağa çalışacağıq".
Qeyd edək ki, bu komandalar arasında cavab matçı aprelin 26-da baş tutacaq.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur



































.jpg)
.jpg)

