İdman
"Neftçi" ilə "Turan Tovuz"u müqayisə ediriksə, tələsirik"
"Turan Tovuz" Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda "Neftçi"yə 0:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
Publika.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında qərb bölgəsi təmsilçisinin baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb:
- Bilirdik ki, evdəki qələbəmiz "Neftçi"ni daha da aqressivləşdirəcək. Hər zamankından fərqli olaraq ilk dəqiqələrdən təzyiqi hiss etdik. Futbolçularım onların qarşısını ala bilirdi. Sonlarda yorğunluq öz sözünü deyirdi. Cərimə zərbəsindən qol vurdular və psixoloji üstünlük əldə etdilər. İkinci qol qismət idi. Top oyunçunun önünə düşdü. Bu il final qismət olmadı. Futbolçularıma və azarkeşlərə təşəkkür edirəm. Azərbaycan futbolunda belə ab-havalar üçün darıxmışdıq. İnanıram ki, böyüyəcəyik və bundan da yaxşı olmağa çalışacağıq. Vaxt lazımdır. Futbolçular belə oyunlar oynamalıdır. Üzgün olsaq da, çempionat matçları bizi gözləyir. Kuboka köklənməşdik, çempionatdakı stabilliyimizi itirmişdik. Çətin də olsa, bu il Premyer Liqada qalıb, daha yaxşı olmağa çalışacağıq.
- Ultramüdafiə oynayan "Turan Tovuz" gördük, futbolçular topu hara gəldi vururdular. Komandanın 11 dəqiqə topsuz qaldığı epizodlar oldu. Bu cür oyunla "Neftçi"ni keçmək mümkün idi?
- Evdəki üstünlüyümüzü qorumaq istəyirdik. Epizodlarımız da oldu. Belajdi Pusi epizoddan yararlansaydı.... "Neftçi" bizi məcbur etdi ki, müdafiə olunaq. Bu komanda ilə açıq futbol oynayacaq gücdə deyildik. Hara gəldi vurmaq məsələsi ilə razı deyiləm. Futbolda olan məsələlərdi. Qapını toxunulmaz saxlamaq üçün bunlar normaldır. Hücumçular arxaya düşürdü, irəlidə heç kim olmurdu. "Neftçi" ilə "Turan Tovuz"u müqayisə edirsiz, çətindir mənim üçün. 0:4 uduzduğumuz çempionat oyununda açıq futbol oynamışdıq. Onda da rəqibin üstünlüyünü gördük. Tovuzdakı ilk oyunda tam müdafiəyə oturmamışdıq. Kompakt olmağa çalışırdıq. Sürətli əks-hücuma çıxmağı düşünürdük. Alınıb-alınmaması futbolçulardan asılıdır. Hər oyun istədiyimiz kimi olmur. "Neftçi" ilə "Turan Tovuz"u müqayisə ediriksə, tələsirik. Bəzi oyunçularımız bu gün ilk dəfə yarımfinal oynadı.
- Bu, "Turan Tovuz"un maksimumudur?
- Bu il Premyer Liqada yeni olan komandalara baxıram, aşağı-yuxarı hamımız eyni səviyyədəyik. Stabilliyə, oyuna da baxanda, belə görünür. Bu mövsüm məqsəd liqada möhkəmlənməkdir. Güclənmək istəyiriksə, zaman lazımdır. Bu mövsüm maksimumu etdik.
- "Turan Tovuz" gələn mövsüm daha iddialı olacaq?
- Daha iddialı demək çətindir. Çempionatda neçə illər oynayan komanda var ki, çətinlik çəkirlər. Amma çalışacağıq ki, daha güclü olaq.
- Qarşıda 5 tur qalıb. Oynayacağınız komandaların hamısı da ağır rəqiblərdir. Dördü potensialda sizdən güclüdür. 35-ci turda "Səbail"lə ölüm-dirim mübarizəsinə girəcəksiz...
- Biz də hesablayırıq.Hər şey ola bilər. Bu komandaya gələndə də inanmışam. Digər komandalar da mübarizə aparır, xallar itirir. Kubok bitdi. Konsentrasiyamız bura idi. Final yaşayaraq azarkeşləri sevindirmək istəyirdik. Bu gün "Neftçi" ilə yarımfinal oynamağın özü də inkişafdır. Məğlubiyyət üzücüdür, amma lazımdır. Ümumilikdə hər şeyə hazır olmalıyıq.. Məğlubiyyət üzücüdür, amma lazımdır. Ümumilikdə hər şeyə hazır olmalıyıq.
Heybət Məmmədov
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...
-
Region22 Noyabr 21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art22 Noyabr 21:27
33 ilin direktoru işdən azad edildi
-
Dünya22 Noyabr 20:45
Terror aktı törətməyə hazırlaşırdı, həbs olundu - FOTO