İdman
"Red Bull" pilotundan iddialı açıqlama: "Bu dəfə hədəfim qalib gəlməkdir"
"Formula 1" üzrə "Red Bull" komandasının pilotu Serxio Peres Azərbaycan Qran-prisi barədə fikirlərini bölüşüb.
Publika.az xəbər verir ki, ötən il keçirilən yarışda ikinci olan 33 yaşlı meksikalı sürücü bu dəfə daha yaxşı nəticə göstərməyi hədəflədiyini bildirib:
"Hamı mənim şəhər treklərini nə qədər sevdiyimi bilir. Ona görə də məqsədim dəyişməz olaraq qalır. Ötənilki nəticəmiz yaxşı idi. Bu dəfə hədəf qalib gəlməkdir.
Yeni həftəsonu formatı işləri bir az çətinləşdirəcək. Lakin bütün komandalar üçün eyni vəziyyətdir. Bu səbəbdən sadəcə, Qran-priyə yaxşı start verməliyik. Yenidən sükan arxasına qayıtmağı səbirsizliklə gözləyirəm".
Qeyd edək ki, bu gün "Formula 1"də sərbəst yürüş və sıralama turu gerçəkləşəcək. Aprelin 29-da sprint yürüşü baş tutacaq. Əsas yarış isə aprelin 30-da keçiriləcək.
Heybət
-
Rəsmi xronika17:36Prezident Gürcüstanın Baş nazirinin müavinini qəbul etdi - FOTO
-
Cənubi Qafqaz15:52Moskva-İrəvan xəttində dəmir yolu böhranı - Ermənistan Rusiyaya etiraz edir
-
Rəsmi xronika15:43İlham Əliyev Azərbaycanla Özbəkistan arasında iki sənədi təsdiqlədi
-
Sosial15:22Birdəfəlik sosial müavinətlər ödənildi
-
Magazin114:46“Boşanmalarda 99% qız tərəfi günahkardır” - Aşıq Zülfiyyə
-
Region14:10Ermənistan parlamentində müzakirə: Müxalifət hansı ölkəyə işləyir?
-
ABŞ13:46Vens xalqa səsləndi: Təşvişə düşməyin, amma ... - Nə baş verir?
-
İdman13:10Messinin həyat yoldaşı Maçu Pikçudan cazibədar FOTOLAR paylaşdı















.png)























