İdman
"Antalyaspor"un israilli futbolçusu saxlanıldı: Qol sevincinə görə - FOTOFAKT
"Antalyaspor"un israilli futbolçusu Saqiv Jehezkelin polis tərəfindən saxlanılıb.
Publika.az xəbər verir ki, buna səbəb Türkiyə çempionatının son tur matçında "Trabzonspor"a vurduğu qoldan sonra etdiyi jest olub. Jehezkel qol sevincini HƏMAS-la müharibədə əsir düşən israillilərə həsr edib. Futbolçu əlindəki sarğıda əks olunan “100 gün, 7 oktyabr” yazısını və Davud ulduzunu kameraya nümayiş etdirib.

Ədliyyə naziri Yılmaz Tunç sosial media hesabında etdiyi paylaşımda Antalya Respublika Baş Prokurorluğu tərəfindən "ictimaiyyəti açıq şəkildə kin və düşmənçiliyə sövq etmək" cinayəti ilə bağlı məhkəmə araşdırmasına başlanıldığını bildirib.
DHA-nın məlumatına görə, Jehezkelin Antalya Təhlükəsizlik Müdirliyi İdman Şöbəsi və Terrorla Mübarizə Şöbəsi qrupları tərəfindən saxlanılıb.
"Antalyaspor" klubu Saqiv Jehezkeli heyətdən kənarlaşdırıb. Klub prezidenti Sinan Boztepe verdiyi açıqlamada, "Milli dəyərlər hər şeydən üstündür, müqaviləsi pozulacaq" - deyə bildirib.
Heybət
-
İdman23:00"Napoli" "Qarabağ"a qarşı - Heyətlər açıqlandı
-
İdman22:48Ertem Şenerdən PROQNOZ: ““Qarabağ” bu gecə elə futbol oynayacaq ki...”
-
Sosial22:24Yanğında ağır xəsarət alan Ləmanın son durumu AÇIQLANDI
-
İdman20:48AFFA-da iclas: Gedənlər də var, yeni təyinatlar da
-
Avropa20:12Avropada antik sikkə rekord qiymətə satıldı
-
Hadisə19:12Fəvvarələr meydanında güclü yanğın - VİDEO
-
Hadisə18:48Bakıda ananın körpəsini dənizə atması ilə bağlı YENİ DETALLAR - YENİLƏNDİ
-
Nəqliyyat18:36Sabiq nazir bu fonda dörd avtomobil satacaq




























_(3).jpg)




