İdman
"Qarabağ"dan tarixi qələbə - VİDEO \ FOTO (YENİLƏNDİ)
"Qarabağ" UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.
Publika.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Portuqaliyada "Braqa"nın qonağı olub.
Qarşılaşma Azərbaycan təmsilçisinin inamlı qələbəsi ilə bitib - 4:2. "Köhlən atlar"ın qollarını 21-ci dəqiqədə Marko Yankoviç (pen), 54 və 69-cu dəqiqələrdə Abdullah Zubir, 65-ci dəqiqədə Olavio Juninyo vurublar.
Meydan sahiblərində 44-cü dəqiqədə Simon Banza, 90+1-ci dəqiqədə Joau Moutinyu (pen) fərqləniblər.
Qeyd edək ki, tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.
xxx
Portuqaliyada "Braqa" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda dördüncü qol vurulub.
Publika.az xəbər verir ki, Azərbaycan təmsilçisi 65-ci dəqiqədə hesab arasındakı fərqi iki topa çatdırıb.
"Köhlən atlar"ın heyətində Olavio Juninyo fərqlənib.
xxx
01:26
Portuqaliyada "Braqa" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda üçüncü qol vurulub.
Publika.az xəbər verir ki, Azərbaycan təmsilçisi 54-cü dəqiqədə yenidən hesabda önə keçib - 2:1.
Abdullah Zubir adını tabloya yazdırıb.
xxx
00:46
Portuqaliyada "Braqa" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda ikinci qol vurulub
Publika.az xəbər verir ki, meydan sahibləri 44-cü dəqiqədə tarazlığı bərpa ediblər - 1:1.
Komandanın heyətində Simon Banza fərqlənib.
00:21
xxx
00:21
Portuqaliyada "Braqa" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda hesab açılıb.
Publika.az xəbər verir ki, 21-ci dəqiqədə Azərbaycan təmsilçisinin heyətində Marko Yankoviç penaltini dəqiq yerinə yetirib.
xxx
00:00
Bu dəqiqələrdə UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində "Qarabağ" səfərdə "Braqa" ilə qarşılaşır.
Publika.az xəbər verir ki, bu qarşılaşmanın Azərbaycan futbol ictimaiyyətinin nümayəndələri bir arada izləyir.
Peşəkar Futbol Liqasının təşəbbüsü ilə "28 MALL"da yerləşən kino zalında matçın yayımı təşkil edilib.
AFFA, PFL rəsmiləri, futbol veteranları, Premyer liqa, 1-ci və 2-ci Liqa klublarının rəsmiləri və jurnalistlər tarixi qarşılaşmanı bir arada izləyirlər.
Heybət Məmmədov
-
Sosial09:40Azərbaycanlıların yeni daşınmaz əmlak bazarı: Görün hansı ölkədə ev alırlar
-
MDB09:30Paytaxt üçün güclü şaxta proqnozu verdilər...
-
Sosial08:15Yas mərasimlərində yeni TREND - "Bu, dinin qaydalarından kənara çıxmaqdır"
-
İdman07:15Nəriman Axundzadə kimin nəvəsidir? - Qiyməti və maaşı...
-
Magazin205:15Hande Erçelin yeni sevgilisi - Özündən 13 yaş böyükdür
-
ABŞ03:44Dünyanın ən nüfuzlu insanlarının əsl üzünü göstərən 95 min yeni şəkil... - Epşteyn işi
-
Qoroskop02:00Günün ulduz falı: Bu bürcün maliyyə vəziyyəti yaxşılaşacaq
-
MDB00:15Bomba TƏHÜKƏSİ: "VTB Arena"dan 1500 nəfər təxliyə edildi













.jpg)
.jpg)



















