MDB
Paytaxt üçün güclü şaxta proqnozu verdilər...
Rusiya paytaxtında güclü şaxtalar proqnozlaşdırılıb.
Publika.az xəbər verir ki, bu barədə "Fobos" hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus Teleqram kanalında məlumat yayıb. Onun verdiyi məlumata görə, dünən gecə Moskvada qışın başlanğıcından bəri ən soyuq gecə olub.
Sinoptik qeyd edib ki, temperaturun kəskin şəkildə düşməsi soyuq atmosfer kütləsinin Rusiyasının Avropa hissəsindəki mərkəzi bölgələrində şimaldan cənuba doğru hərəkət etməsi ilə əlaqədardır. Onun sözlərinə görə, paytaxtda temperatur səhər maksimum +5°C olsa da, saat 16:00-da 0°C-dən aşağı düşüb və meteostansiyada gecə minimumu -5,8°C qeydə alınıb ki, bu da payız-qış mövsümünün başlanğıcından bəri ən aşağı göstəricidir.
Leus həmçinin bildirib ki, Moskva bölgəsində minimum temperatur Şaxovskaya bölgəsində qeydə alınıb. Burada hava -6,6°C-yə qədər soyuyub.
Sinoptikin məlumatına görə, yaxın günlərdə soyuqlar daha da şiddətlənəcək: bazar günü gecəsi Moskvada temperaturun -6-8°C, Moskva vilayətində isə -6-11°C-yə düşəcəyi gözlənilir. Bazar ertəsi gecəsi isə paytaxtda temperatur -9-11°C, Moskva vilayətində isə -8-13°C-yə düşə bilər.
Tural
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu
-
Magazin100:15Böyük bədənli model dərin dekolteli libasda belə rəqs etdi - VİDEO
-
Qoroskop00:00Üç bürc üçün dönüş nöqtəsi - Gələn həftə nələr baş verəcək?
-
Sosial25 İyul 23:12Mask dünyanın ilk trilyonçusu statusunu itirdi
-
Hadisə25 İyul 20:33Milli Yaylaq Festivalında dörd nəfər xəsarət alıb - Yeniləndi (FOTOLAR)
-
MDB25 İyul 20:15Azərbaycanla Ermənistan arasındakı münaqişənin mənşəyi bizə tam aydın idi - Tokayev
-
İdman25 İyul 19:45Kamilo Duran "Milan"a qol vurdu - VİDEO
-
Avropa25 İyul 19:39İspaniyadan presedentsiz addım - 70 min insan təxliyə edildi






















.jpg)













