İdman
İsveç millisini Bakıya görün kim gətirəcək
Əfsanəvi danimarkalı hücumçu Yon Dal Tomassonun İsveç millisinin baş məşqçisi təyin olunub.
Publika.az xəbər verir ki, bu barədə İsveç Futbol Assosiasiyası məlumat yayıb.
47 yaşlı mütəxəssis martın 1-də vəzifəsinin icrasına başlayacaq. Tomasson tarixdə İsveç millisinin baş məşqçisi kimi fəaliyyət göstərən ilk əcnəbi olub.
İsveç yığmasının baş məşqçisi kimi Tomasson komandanı Avro-2024-ə çıxara bilmədikdən sonra 7 illik fəaliyyət dövrü keçən il başa çatan Yanne Anderssonu əvəzləyib.
Tomasson fevral ayında “Blekbern”in baş məşqçi vəzifəsindən qovulub. O, 2022-ci ilin iyun ayından İngiltərə klubuna rəhbərlik edirdi.
Qeyd edək ki, UEFA Millətlər Liqasının C divizionun 1-ci qrupunda yer alan Azərbaycan millisinin rəqibləri arasında İsveç də var. Bu komandalar Avro-2024-ün seçmə mərhələsində də eyni qrupda mübarizə aparıb. Yığmamız skandinavlara səfərdə 5:0 hesabı ilə uduzsa da, Bakıda 3 cavabsız qolla qalib gəlib.
Heybət
-
ABŞ22:24ABŞ-da sinaqoqa silahlı hücum - Video
-
Magazin122:00Ağadadaş Ağayevin qızı ilə bağlı üzücü xəbər - “Onu itirə bilərəm”
-
Magazin220:12Məşhur aktrisanın ən pis öpüşü - Ağız qoxusuna dözə bilməyib
-
Sosial20:00"WhatsApp" uşaqlarla bağlı belə qərar verdi
-
ABŞ19:00Müctəba Xamenei xalqa müraciət etdi
-
İdman18:24Sabiq hücumçuya vəzifə verildi
-
Hadisə17:22Gəncədə 17 yaşlı oğlan atasını bu səbəbdən öldürüb - TƏFƏRRÜAT
-
Sağlamlıq16:18Həkimlərdən şok tövsiyə: Təzyiqi salmaq üçün dərman atmayın, bunu edin




































