Əfsanə özündən 24 yaş kiçik gözəllə eşq yaşayır - FOTOLAR
Bizi izləyin

İdman

Əfsanə özündən 24 yaş kiçik gözəllə eşq yaşayır - FOTOLAR

Əfsanəvi braziliyalı hücumçu Romario yenidən münasibətə başlayıb.

Publika.az xəbər verir ki, özündən 25 yaş kiçik qadınla 7 aylıq münasibətini başa vuran 58 yaşlı veteran futbolçu bu dəfə özündən 24 yaş kiçik gözəllə görüşür. Söhbət 34 yaşlı Maria Qeusiyan Santos adlı promouterdən gedir.

Braziliya mətbuatı cütlüyün iki aydır görüşdüyünü yazır. Çimərlik gəzintilərindən əlavə, Rio-de-Janeyrodakı məşhur karnavalda birlikdə vaxt keçiriblər.

Onların Mariyanın yaşadığı Rioda bir barda tanış olduqları deyilir. Bu, 2022-ci ilin avqustunda Marselle Çolin ilə münasibətləri bitdikdən sonra siyasətçinin ilk romantik macərasıdır.

Nə futbolçu, nə də həyatındakı yeni qadın münasibətləri rəsmi olaraq təsdiqləməyib. Lakin yaxın həftələrdə onların bunu edəcəyi gözlənilir.

Romário, a World Cup Champion, Is Now a World Cup Dissenter - The New York  Times

Oxumağa davam et
Reklam
Reklam

Gündəm