"Qırmızı" alan komanda yoldaşını qınadı: Bunu edə bilmirsənsə...
Bizi izləyin

İdman

"Qırmızı" alan komanda yoldaşını qınadı: Bunu edə bilmirsənsə...

"Barselona"nın yarımmüdafiəçisi İlkay Gündoğan Çempionlar Liqasının 1/4 final mərhələsinin PSJ ilə cavab oyununda kataloniyalı müdafiəçi Ronald Arauxonun qırmızı vərəqə alması ilə bağlı anı dəyərləndirib.

Publika.az xəbər verir ki, o, komanda yoldaşının "qırmızı" almasından narazı qaldığını bildirib:

“Belə epizodda qayda pozuntusu edirsənsə, bu, çox güman ki, qırmızı vərəqədir. Təkrarına baxmamışam, ona görə də dəqiq bilmirəm. Belə nəsə demək çətindir. Bu böyük anlarda siz topla oynadığınızdan əmin olmalısınız. Bilmirəm topa toxunub, yoxsa yox. Amma bunu dəqiq edə bilmirsənsə, o zaman uzaq durmaq lazımdır. Qol buraxıb, hücumçunun davam etməsinə üstünlük verərdim. Qoy qapıçımız bizi xilas etməyə və ya hətta qol buraxmağa çalışsın. Çünki uzun müddətli azlıqda qalmaq və bu qədər tez qırmızı vərəqə almaq oyunu öldürəcəkdi.

Kefim yoxdur. Çox yaxşı vəziyyətdə idik. Təkcə ilk oyundan sonra deyil, həm də ilk qolumuzdan sonra. Hər şey öz əlimizdə idi və biz sadəcə hər şeyi ən sadə şəkildə PSJ-ə verdik. Bu məyusedicidir”.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm