İdman
Hədiyyə edilən avtomobili məşhur tennisçinin əlindən aldılar
“Porsche” tennis tarixinin ən inanılmaz uğurunun sahibi Emma Radukanuya hədiyyə etdiyi avtomobili onun əlindən alıb.
Publika.az xəbər verir ki, 2021-ci ilin ABŞ Açıq çempionu lüks avtomobil istehsalçısının səfiri olduqdan sonra şirkət “911 Carrera GTS Cabriolet” avtomobilini ona hədiyyə etmişdi.
Britaniyalı jurnalistlər əmindirlər ki, Radukanu uzun müddət heç bir uğur qazana bilmədiyi üçün gələcək əməkdaşlıq praktiki olaraq mümkün deyil, ona görə də, şirkət avtomobil tennisçidən alıb.
ABŞ Açıq çempionatındakı sensasiyalı qələbəsindən bəri o, heç bir finalda oynamayıb və onun ən böyük uğuru daha aşağı səviyyəli turnirlərdə iki yarımfinal olub.
Bu cür əməkdaşlıq artıq “Porsche” üçün uyğun deyil, çünki Radukanu az oynayır, uğur qazanmır, heç kim ondan heç nə gözləmir və demək olar ki, tamamilə unudulub.
O, hazırda dünya reytinqində 57-ci yerdədir və zədə səbəbindən Çində keçiriləcək turnirlərdən imtina edib ki, bu da sponsorları üçün yeni bir zərbə olub.
Yeri gəlmişkən, Britaniya mediası onu da qeyd edir ki, Emma tennisdən az xəbəri olan insanların əhatəsindədir və buna görə də o, daim səhv addımlar atır.
-
Magazin100:45Azərbaycanlı aparıcı boşanır? - “Hər şey ola bilər” (FOTO)
-
Qoroskop00:15Günün ULDUZ FALI - Siz artıq doğru yoldasınız
-
Sosial00:00Əhəd Abıyev bir ildə ikinci qardaşını itirdi - FOTO
-
Region5 May 22:12Tehranda dəhşətli yanğın: çox sayda yaralı var - VİDEO
-
Elm və təhsil5 May 22:00Cəlilabadda gənc müəllim vəfat etdi
-
Sosial5 May 21:36Anası o uşaqdan imtina etdi
-
Magazin25 May 21:12Gənc aktrisa faciəvi şəkildə həlak oldu - FOTO
-
İdman5 May 20:48Mbappe “Real”ın məşqçilər heyəti ilə münaqişəyə girdi




























.png)

.jpg)





