İdman
3 yaşlı oğlan şahmat tarixinə düşdü - İNANILMAZ REKORD
Hindistanlı Aniş Sarkar 3 yaş 8 aylıq müddətdə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) reytinqinə daxil olaraq dünyanın ən gənc şahmatçısı olub.
Publika.az xəbər verir ki, Sarkar 2021-ci ilin yanvarında anadan olub. Azyaşlı oğlan ötən ildən şahmat oynamağa başlayıb. 2024-cü ilin oktyabrında U-9 yaş kateqoriyasında Qərbi Benqal Dövlət Açıq Çempionatında debüt edib. Aniş iki rəqibinə qalib gələrək 24-cü yeri tutub.
Sarkar U-13 yaş kateqoriyasında ölkə çempionatında çıxış edərək FİDE tərəfindən reytinq siyahıya daxil edilib. Aniş klassik şahmatda 1555-ci yerdədir.
Bundan əvvəlki rekordçu Banqladeşdən olan 4 yaşlı şahmatçı Afnana Taivara Ailana idi.
Sarkarın məşqçisi, beynəlxalq qrossmeyster Dibyendu Baruah dünyanın ən gənc şahmatçısı haqda danışıb: “Uşağın böyük potensialı var, lakin onu hələ çox məşq gözləyir. Onu hər gün 7-8 saat məşq etdiyi xüsusi qrupa daxil etmişik".
Anişin anası isə oğlunun şahmatçı olmasını planlaşdırmadığını, lakin onun "YouTube"da şahmat videolarına baxaraq oyuna maraq göstərdiyini söyləyib.
Heybət
-
Magazin102:42"Əkiz bacım var, o da yaslara gedir"
-
Sosial00:45Əziz Əlibəyli vəzifəsindən ayrıldı
-
Qoroskop00:15Günün ulduz falı - Sevgidə diqqət sizə yönələ bilər
-
İdman10 Mart 23:48“Qalatasaray” azarkeşləri Osimheni belə ağlatdılar - Video
-
MDB10 Mart 23:36Arvadının keçmiş ərini beysbol dəyənəyi ilə vəhşicəsinə döydü
-
Region10 Mart 22:36Bayraktar Paşinyanla nüvə enerjisindən danışdı - Foto
-
Sosial10 Mart 21:24Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
-
MDB10 Mart 20:50Vahid Ələkbərov Rusiyanın ən varlı üçüncü adamı oldu




































