İdman
Mahir Emreli hər oyun qol vurur: Kloze isə onu tənqid etdi
"Nürnberq"in baş məşqçisi Miroslav Kloze futbolçusu Mahir Emreliden narazılıq edib.
Publika.az "Blid"ə istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis bu barədə "Hamburq"la 1:1 hesablı bitən və Azərbaycan millisinin üzvünün qol vurduğu görüşü şərh edərkən danışıb:
“Mənə görə Mahir o qədər də yaxşı oynamadı. O, topa qarşı kifayət qədər hərəkət etmədi və çevik olmadı”.
Almaniyalı həmkarlarımız isə Klozenin fikri ilə razılaşmayaraq Mahirin də tərkib hissəsi olduğu "Nürnberq"in hücum xəttinin son oyunlarda kifayət qədər məhsuldar olduğunu vurğulayıb.
Qeyd edək ki, Mahir yeni komandasının heyətində keçirdiyi son 4 oyunun hamısında qol vurub.
Heybət
-
Avto20:36Bakıda ucuz qiymətə maşınlar satışa çıxarılacaq - Qiymətlər
-
İdman20:12Millimizdən möhtəşəm qələbə
-
Kriminal19:4823 yaşlı qadın qətlə yetirildi - Ögey qardaşı saxlanıldı
-
Magazin119:24Aktrisa Leyla Musayeva vəfat etdi
-
Dünya19:12Astronomlar Süd Yolunun dəqiq kütləsini müəyyən etdilər
-
Region18:12İranın Qeşm adasında silsilə partlayışlar baş verdi
-
Rəsmi xronika17:36Prezident Gürcüstanın Baş nazirinin müavinini qəbul etdi - FOTO
-
Cənubi Qafqaz15:52Moskva-İrəvan xəttində dəmir yolu böhranı - Ermənistan Rusiyaya etiraz edir





































