İdman
Əvvəl fabrikdə, restoranda işləyirdi, indi isə Çempionlar Liqasında qol vurur - FOTO
UEFA Çempionlar Liqasının altıncı turunda “Brest” və PSV komandaları üz-üzə gəlib. Meydan sahibləri 1:0 hesablı minimal hesablı qələbə qazanıb.
Publika.az xəbər verir ki, qarşılaşmada yeganə qolu öz tərcümeyi-halı ilə azarkeşləri heyran edən müdafiəçi Yulien le Kardinal vurub. PSV ilə oyun ərəfəsində jurnalistlərə açıqlama verən futbolçu keçmişindən danışıb.
Məlum olub ki, Yulien 17-19 yaşlarında futbol oynaya-oynaya müxtəlif işlərdə çalışıb. Pitsa hazırlayıb, şirniyyat bişirib və fabrikdə çalışıb. Lakin 10 il sonra Kardinal 27 yaşında komandasına qələbə qazandırıb və pley-offa çıxmaq şansını qoruyub.
“Çətin vaxtlar idi. Həyatımın çox hissəsini işə həsr etmişəm. Çünki işləmirsənsə, pulun yoxdur. Yerli klubda oynayanda ayda 150 avro alırdım. Deməli, 18 və ya 19 yaşınız tamam olanda... "Del Arte" restoranı var idi. Mən makaron bişirməyə başladım (gülür). Bir az bezdirici oldu. Kimsə işdən çıxdı, ona görə də mən qəlyanaltılara və desertlərə keçdim. Sonra pitsa hazırlamağa başladım. Amma o qədər də yaxşı deyildim...
Mən də müvəqqəti olaraq fabrikdə işləmişəm. Supermarketə mal göndərərək komponent işçisi kimi də çalışmışam. Bir gün "Breton" fabrikində forklift sürücüsü kimi işə düzəldim. Bütün bunlar 17-19 yaş arasında baş verib”.
Heybət
-
Dünya17:03Dünyanın ən güclü orduları: Azərbaycan neçənci yerdədir? - SİYAHI
-
Dünya16:42Pezeşkian öz heyətinə əmr verdi: ABŞ-la danışıqlara başlayın
-
Sağlamlıq15:30Qaynadılmış suyun qorxunc fəsadları: Ekspert elə şeylər danışdı ki...
-
Nida Xəbər 15:00O generala ərə gedən, bu generalın bacısı qızıdır - FOTO
-
İdman14:18Yeddiqat dünya çempionu Kardaşyanla eşq yaşayır? - Romantik gecə keçirdilər
-
İdman13:12"Sabah" "Qarabağ"ı taxtdan salacaq? - "Nyukasl" səddini keçsələr, vəziyyət gərginləşəcək
-
Avropa13:00Almaniyanın Rusiyaya qarşı yeni planı: Avropada çaxnaşma yarandı
-
Nida Xəbər 12:3067 yaşında özünə toy edən generalla bağlı mühüm fakt - FOTO







.jpg)






















.jpg)





