İdman
AFFA "Qarabağ"ı bu qədər cərimələdi
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu 2000 manat cərimələyib.
Publika.az xəbər verir ki, buna Ağdam təmsilçisinin Azərbaycan Premyer Liqasının 16-cı turunda "Sabah"la heç-heçə (1:1) etdiyi matçda yaşananlar səbəb olub.
"Köhlən atlar"azarkeşlər pirotexniki vasitədən istifadə etdiyinə görə 1500 manat ziyana düşüb. Ağdam təmsilçisi sözügedən qarşılaşmada fanatlar tərəfindən təhqiramiz ifadələr səsləndirildiyi (bu hal cari mövsümdə ikinci dəfə yaşanır) üçün 500 manat ödəyəcək.
“Sumqayıt” da azarkeşlərinə görə ziyana düşüb. “Kimyaçıların”ın cərimələnməsinə “Neftçi” ilə 16-cı tur maçtı zamanı azarkeşlər tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilməsi və bu halın cari mövsümdə ikinci dəfə yaşanması səbəb olub. Nəticədə klub 500 manat cərimələnib. Meydan sahibləri həmçinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə 700 manat cərimələnib.
İntizam Komitəsi “Kəpəz” klubunu da cərimələyib. Buna 16-cı turda “Zirə” ilə baş tutan matçöncəsi iclasda təhlükəsizlik nümayəndəsinin iştirak etməməsi səbəb olub. Gəncə təmsilçisi 800 manat cərimələnib.
Heybət
-
Art06:16Polad Bülbüloğlu: "İsraildə 5 ağır əməliyyat keçirdim"
-
Yaxın Şərq01:41SEPAH ABŞ-ın Bəhreyndəki hərbi bazalarına zərbələr endirdi
-
Mətbəx01:11Sobada ətli kartof kolbasası resepti
-
Qoroskop01:00Həftə sonunun ən şanslı 3 bürcü
-
Magazin200:30Çağatay evlənir? - Sevgilisi danışdı
-
Səhiyyə21 Noyabr 23:36Milyonlarla insanı maraqlandıran sualın cavabı tapıldı - Bel ağrısının səbəbi nədir?
-
Region21 Noyabr 23:24Türkiyə Yəmənə ordu yeridəcək? - Hakan Fidandan açıqlama
-
Sosial21 Noyabr 22:12Gənc hüquqşünas vəfat etdi






































