İdman
“Borussiya Dortmund” ardıcıl üçüncü oyunda tilsimi qıra bilmir
Futbol üzrə Almaniya çempionatının – Bundesliqanın 14-cü turuna üç oyunla yekun vurulub.
Publika.az xəbər verir ki, günün əsas oyunu çempionatda üçüncü və dördüncü pillələrdə yer alan “Ayntraxt Frankurt” və “Leytsiq” komandaları arasında keçirilib. Görüşdə “Leyptsiq” Frankfurt təmsilçisini 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.
Doğma meydanda “Hoffenhaym”ın müqavimətini qıra bilməyən “Borussiya Dortmund” ardıcıl üçüncü dəfə heç-heçə edib – 1:1.
“Ştutqart” isə səfərdə “Haydenhaym”a 3:1 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, turun ötən gün oynanılan görüşlərində “Bavariya” səfərdə "Maynts 05” komandasına 1:2 hesabı ilə uduzaraq bu mövsüm Bundesliqada ilk məğlubiyyətini yaşayıb. Digər qarşılaşmalarda “Bayer Leverkuzen” səfərdə “Auqsburq”un qapısından iki cavabsız top keçirib. “Borussiya Münxenqladbax” ev oyununda “Holştayn Kiel”i 4:1 hesabı ilə məğlub edib. “Union Berlin” – “Boxum” matçında qalib müəyyənləşməyib – 1:1. “Verder Bremen” səfərdə “St. Pauli” komandasına 2:0 hesabı ilə qalib gəlib. Turun dekabrın 13-də oynanılan açılış matçında isə “Frayburq” doğma meydanda “Volfsburq”u 3:2 hesabı ilə məğlub edib.
Beləliklə, 14 turdan sonra “Bavariya” 33 xalla Bundesliqada liderliyi davam etdirir. Bu turda məğlub olan “Ayntraxt Frankfurt” (27 xal) ikinci pillədəki yerini aktivində 29 xal olan “Bayer Leverkuzen”ə təhvil verməli olub. Bu turdakı qələbə 27 xalı olan “Leyptsiq”in mövqeyinə təsir etməyib. Komanda dördüncü sırada qərarlaşıb. “Frayburq” 24 xalla beşinci, “Ştutqart” (23 xal) altıncı, “Maynts 05” (22 xal) yeddinci, “Borussiya Dortmund” isə 22 xalla səkkizinci pillədə yer alıb.
Bundesliqanın 15-ci turunun oyunları dekabrın 20-22-də keçiriləcək.
-
Ekologiya13:00Sabah 4 dərəcə şaxta olacaq - Bakıya sulu qar yağacaq
-
MDB11:32Dünya bu rusiyalı manyakdan danışır: Hindistanda 5 qadını öldürdü
-
Sosial11:00Kərə yağı ilə bağlı ziddiyyət: Yenə də bahalaşacaq
-
MDB10:22Aİ-ni Rusiya "müalicə edirmiş": Dərman ixracı rekord həddə çatdı
-
İdman10:11Ötən ilin ən çox qazanan idmançıları: Ronaldo liderdir, Messi isə…
-
Nəqliyyat09:50BDYPİ sürücülərə müraciət etdi: - Ehtiyatlı və hazırlıqlı olun!
-
Sosial08:45Sosial şəbəkədə yeni qadağanı pozanın cəzası nə olacaq?
-
Sosial07:35Nikahdankənar əlaqələr artıq cinayət sayılır - Bu ölkədə



















.jpg)


.jpg)












