İdman
Böyük qalmaqal: Luçeskuya 4 ay cəza verildi
PAOK-un baş məşqçisi Razvan Luçesku rəqib azarkeşlərlə dava etməyə cəhd etdiyi üçün 4 aylıq diskvalifikasiya edilib.
Publika.az xəbər verir ki, bu barədə Yunanıstan klubunun rəsmi saytı məlumat yayıb.
“Şəxsi hücumların nümunəsinə çevrilən nizam-intizam komitəsi baş məşqçini demək olar ki, mövsümün sonuna kimi oyunlarda iştirakdan kənarlaşdırmaqla PAOK-u məhv etməyə çalışır.
Hakimlərin qərarı Yunanıstan futbolunun bütün əzablarını “zəhlətökən” Luçeskunun üzərinə atmaq istəyən siyasətin nəticəsidir. İttiham aktında hadisə zamanı paltardəyişmə otağında olan fizioterapevt Athanasios Kapoulasın adının yer alması sübut edir ki, hakimlər videoya belə baxmayıblar, sadəcə AEK-in uydurmalarla dolu şikayətinə baxıblar”, – klubun bəyanatında deyilir.
Bildirilir ki, dekabrın 18-də Yunanıstan Kubokunun 1/4 final mərhələsində AEK – PAOK matçından (1:0) sonra AEK azarkeşlərinin təxribatlarından sonra Luçesku və onun heyətinin üzvləri klub avtobusundan çıxaraq fanatlarla dalaşmaq istəyiblər. Məsələyə polis müdaxilə edib. Diskvalifikasiyaya əlavə olaraq, Luçesku və köməkçiləri Pantelis Konstantinidis, Georgios Tzanakis , Georgios Theodoridis və Atanasios Kapoulas 15 min avro, PAOK isə daha 30 min avro pul ödəməlidir.
-
Digər13:48Çimərlikdə dəhşət: 10 nəfər öldü, xeyli sayda yaralı var - VİDEO
-
Magazin213:19Hollivud ulduzundan maraqlı qərar: Hipnoterapevt sevgilisi ilə...
-
Magazin212:59Podolskaya ideal fiqurasını paylaşdı - FOTO
-
MDB12:38ABŞ-da rus dondurmasını sevirlər?: İdxal üç ilin ən yüksək səviyyəsinə çatdı
-
Magazin212:07Müğənni Dubaydan elə foto paylaşdı ki...
-
Hadisə11:37Ramil Səfərovun xanımına vəzifə verildi
-
Maraq dünyası10:56İkona döyüşdə əsgərin həyatını necə xilas etdi?
-
Ekologiya09:32Bakıda sulu qar yağır







































