İdman
Məşhur qrossmeyster məğlub olduğu üçün ağladı – Video
Ukraynalı qrossmeyster Vasili İvançuk blits üzrə dünya çempionatında ABŞ təmsilçisi Daniel Naroditskiyə məğlub olduqdan sonra ağlayıb.
Publika.az xəbər verir ki, qaydalara əsasən, iştirakçılara bütün oyun üçün cəmi üç dəqiqə və hər gediş üçün əlavə iki saniyə vaxt verilib. İvançukun vaxtı qalmadığı üçün əsəbiləşməyə başlayıb. Ukraynalı şahmatçı son gedişi edib və taymeri gec basıb. Məğlubiyyətə görə Vasili İvançuk emosiyalarını saxlaya bilməyib və şahmat taxtasının qarşısında göz yaşlarına boğulub.
Keçmiş dünya çempionu Vişvanatan Anand ukraynalının bu məğlubiyyətinə belə münasibət bildirib:
“Mən şahmat üçün darıxıram? Yox. İvançuka baxın. Görün necə əziyyət çəkir. Bu idman üçün darıxmıram”.
Bu məğlubiyyətdən sonra İvançuk daha iki görüşdə məğlub olub və pley-offa adlaya bilməyib. Ukraynalı 13 turdan 7,5 xal toplayıb və turnir cədvəlində 66-cı yeri tutub.
-
Magazin109:00Şəbnəmin arxiv görüntüləri müzakirələrə səbəb oldu - VİDEO
-
İKT07:47Samsung istifadəçilərinə ŞAD XƏBƏR - Peyk vasitəsilə...
-
Magazin106:16Kamilə Babayeva görün necə arıqlayıb - VİDEO
-
Əmlak05:15Bakıda plana düşən binaların söküntüsü nə vaxt bitəcək? - VİDEO
-
ABŞ04:44Zelenski ABŞ-a getdi
-
İdman00:30“Çelsi” görün kimə uduzdu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Şüuraltı qorxularınızla üzləşə bilərsiniz
-
Cənubi Qafqaz27 Dekabr 23:36Paşinyan şeir yazdı, baraban çaldı - VİDEO































.jpg)




