İdman
Avropanın ən yaxşısı seçilən azərbaycanlı futbolçu: Könül istərdi ki...
“Bir az gözlənilməz oldu. Belə bir nominasiyada qalib olacağımı heç gözləmirdim”.
Bu sözləri Publika.az-a açıqlamasında ötən gün Avropa Minifutbol Federasiyası tərəfindən “köhnə qitə”də 2024-cü ilin ən yaxşı müdafiəçisi seçilən Azərbaycan millisinin üzvü Vüsal İsayev deyib. “Birbaşa” komandasının da üzvü olan arxa xətt oyunçusu yığma və klubu ilə qazandığı uğurların bu mükafata layiq görülməsində böyük rol oynadığını deyib:
“Çox yaxşı hisslərdir. Neçə illərdir minifutbol oynayıram. Avropanın ən yaxşı müdafiəçisi seçilmək karyeramda böyük motivasiyadır. Belə uğurlar hər bir futbolçunu daha yaxşı olmağa, çox çalışmağa sövq edir. Dostlar, tanışlar təbrik edirlər. Xoş hisslərdir.
Keçən il milli komanda ilə yaxşı nəticələrimiz oldu. Klubum “Birbaşa”yla Çempionlar Liqasının qalibi olduq. Antalyada keçirilən biznes kubokunda da qalib gəldik. Bu nəticələr Azərbaycan minifutbolunun tanınmasında böyük rol oynadı. Əlimizdən gələni edirik ki, hər şey daha yaxşı olsun”.
İsayev bu uğurla kifayətlənməyəcəyini bildirir. O, bu il Bakıda keçiriləcək dünya çempionatının daha böyük uğur qazanmaq üçün fürsət olduğunu söyləyir:
“Növbəti dünya çempionatının Bakıda keçirilməsi bizim üçün böyük üstünlükdür. Doğma divarlar arasında oynamaq böyük məsuliyyət tələb edir. Öz azarkeşlərimiz önündə çempion olmaq haqda düşünməmək mümkün deyil. Könül istərdi ki, bu, sözdə deyil, reallıqda olsun. Mundialda da uğur olsa, dünyanın da ən yaxşı müdafiəçisi seçilə bilərəm. Bu, mənim üçün xoş olardı və reallaşması üçün əlimdən gələni edəcəm”.
Qeyd edək ki, minifutbol üzrə dünya çempionatı mayın 21-dən iyunun 1-ədək Azərbaycanda keçiriləcək.
Heybət Məmmədov

-
İdman16:22Ronaldonun Corcinası dəbdəbəli qarderobunu göstərdi: Görün nələr var - FOTO/VİDEO
-
İdman14:57Allahla müqavilə bağlayıb: Zorlama ittihamından qurtulan Alveş görün nə işlə məşğuldur - VİDEO
-
İdman13:49ÇL-də məşhurlaşan 18 yaşlı qazax futbolçu Samirə ilə eşq yaşayır - FOTOLAR
-
Sosial13:34Şərurlu İsfəndiyarın verdiyi evi istəmədim: Məqsədim atamı biabır etmək... - Elman Nəsirovun qızı
-
Sosial13:08Azərbaycanın məşhur şirkətini ermənilərlə nə birləşdirir? - FOTOFAKT
-
Dünya11:16Yalvarırdı: Rusiyanın hücumu başlayanda Zelenski Stoltenberqdən nə xahiş edib?
-
Dünya10:18“Qiyamət radiosu”ndan daha iki sirli mesaj
-
Nida Xəbər 09:54Putin 44 günlük müharibədə İrəvandan görün nə tələb edib: Ermənilər açıqladı





























.jpg)




