İdman
Qış fasiləsi bitir: Yeni ildə siftəni "Qarabağ" edəcək
Bu gün Azərbaycan Premyer Liqasında qış fasiləsi başa çatacaq.
Publika.az xəbər verir ki, komandalar yeni ildəki ilk oyunlarını 19-cu tur çərçivəsində keçirəcəklər. İlk oyun günündə bir görüş baş tutacaq. Lider “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Şamaxı”nı qəbul edəcək.
Yanvarın 18-də iki görüş baş tutacaq. “Zirə” “Araz-Naxçıvan”ı, “Sumqayıt” – “Səbail”i qəbul edəcək.
19-cu tura yanvarın 19-da, bazar günü keçiriləcək matçlarla yekun vurulacaq. Tovuzda Qərb derbsi çərçivəsində “Kəpəz” və “Turan Tovuz” üz-üzə gələcək. Başqa bir prinsipial matç “Neftçi” ilə “Sabah” arasında baş tutacaq.
Azərbaycan Premyer Liqası, 19-cu tur
17 yanvar (cümə)
19:00 “Qarabağ” – “Şamaxı”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Fərid Hacıyev
Tofiq Bəhramov adına Respublika Stadionu.
18 yanvar (şənbə)
16:00 “Zirə” – “Araz-Naxçıvan”
Zirə İdman Kompleksinin stadionu.
18:30 “Sumqayıt” – “Səbail”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
19 yanvar (bazar)
16:00 “Kəpəz” –“ Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Kamran Bayramov, Əli Əliyev
Tovuz şəhər stadionu.
18:30 “Neftçi”– “Sabah”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Müslüm Əliyev, Əkbər Əhmədov
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Neftçi Arena”.
Heybət
-
Rəsmi xronika10:50İlham Əliyev BƏƏ-yə dəvət edildi
-
Nida Xəbər 09:39Azərbaycan Trampın bu dəvətini qəbul etdi
-
Avropa09:24Tramp Makronu belə alçaltdı - Şok iddia
-
Ekologiya07:17Qar yağacaq, şaxta olacaq - PROQNOZ
-
Nida Xəbər 06:30Xankəndi şəhərinə ilk köç karvanı yola salındı
-
Magazin106:16“Necə sevirdim, Allah, şəhid olan atamı…” - VİDEO
-
Nəqliyyat05:45Ağsu dolaylarında hərəkət çətinləşdi - FOTO
-
Rəsmi xronika03:43"Azərbaycan yeganə etibarlı, təhlükəsiz və xoşməramlı təyinat ölkəsidir" - Prezident





































