İdman
Santuş AFFA-nın qərarlarını şərh etdi: Futbolçulara oruc tutmağa icazə veriləcək?
Bu gün Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçirilib.
Publika.az xəbər verir ki, təcrübəli mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
- İlk dəfə milliyə Birinci Liqadan oyunçu dəvət etdiniz. Şahin Şahniyarovu hansı üstünlüklərinə görə milliyə cəlb etmisiz?
- Onda çox keyfiyyət gördüm. Mən və məşqçilər korpusum tez-tez aşağı liqa oyunlarına baxırıq. Orada bir çox oyunçu var ki, diqqətimizi cəlb edib. Şahin də keyfiyyətli oyunçudur. Onu da dəvət etmişik ki, görək özünü necə göstərir.
- Haiti ilə oynamaq kimin seçimi idi?
- Rəqiblərimiz AFFA tərəfindən danışılır, müzakirə aparılır, seçilir. Haiti okeanın o biri tərəfində yerləşir. Çox yaxşı oyunçuları var. Yaxşı, güclü liqalarda oynayırlar. Ona görə Haiti heç də zəif rəqib deyil.
- Emin Mahmudovu zədəyə görə çağırmadınız? Zədəli olmasaydı, milliyə dəvət edəcəkdiniz?
- Yalnız Emin deyil, Abbas Hüseynov, Ceyhun Nuriyevi də vurğulaya bilərəm. Zədə və fiziki cəhətdən yaxşı olmadıqları üçün dəvət edilməyiblər.
- Legioner limitinin ləğvi ilə bağlı fikiriniz necədir? Bu qərar gələcək işlərinizə necə təsir edəcək?
- Bu qərarın xeyrini görmək üçün yalnız gözləmək lazımdır. Amma başqa qərar da verilib, komanda sayı artırılıb. Qarşıdakı aylarda görəcəyik ki, bu qərarların nəticəsi bizim üçün necə olacaq.
- Haiti və Belarusdan başqa, hansısa yığmalardan təklif olmuşdu?
- Bayaq da buna oxşar sual oldu. Mən təklif etdim ki, 2 yoldaşlıq oyunu keçirək. O proqrama uyğun da AFFA danışıqlar apardı və komandalar seçildi. Hazırkı milli komandalar toplanışı UEFA tarixlərinə düşür. Bir çox yığmalar rəsmi oyunlara çıxacaq.
- Ramazan ayı davam edir. Futbolçulara oruc tutmağa icazə veriləcək?
- Əlbəttə, icazə veriləcək. Bu da normaldır. Buna hörmətlə yanaşıram. Bu məsələlərə diqqət etməliyik.
- Birinci Liqa oyunlarına gedirsiz. Amma yalnız bir oyunçunu dəvət etmisiniz. Digərlərindən razı qalmadınız?
- U-17 Liqasını və əvəzedicilərin də çempionatını izləmişəm. Bu, Azərbaycan millisidir. Birdən-birə aşağı liqadan çox futbolçu cəlb edə bilmərik. Təcrübəli futbolçular da gənclərə köməklik etməli və yardımçı olmalıdırlar. Yaşından asılı olmayaraq yığmanın qapıları hər bir azərbaycanlı futbolçuya açıqdır. Onlar özlərini göstərəndə dəvət alacaqlar.
Heybət
-
Qoroskop01:40Günün ulduz falı: emosional qərarlar verməkdən çəkinin
-
Hadisə00:27Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - Yeniləndi
-
Nəqliyyat10 Avqust 21:39Sabahdan Bakıda bu yollar bağlanacaq
-
Region10 Avqust 20:36Xamenei fərman imzaladı: İranda hərbi rəhbərlikdə yeni təyinatlar
-
Hadisə10 Avqust 19:5017 yaşlı Gülnaz qardaşını xilas edərkən boğulubmuş - Foto
-
Kriminal10 Avqust 19:10Azərbaycanda "WhatsApp" istifadəçiləri belə aldadılır - DTX xaricdən idarə olunan şəbəkə barədə xəbərdarlıq etdi
-
Kriminal10 Avqust 18:1010 milyon dövriyyəsi olan onlayn mərc şəbəkəsi ifşa olundu - Həbs edilənlər var
-
Dünya10 Avqust 16:16İstanbulda azərbaycanlı qadın evdə ölü tapıldı: Birlikdə yaşadığı şəxs axtarılır - FOTO








.png)

























