İdman
Arteta Alvarezi transferə razı salmaq istədi, argentinalı zəngə cavab vermədi
“Arsenal”ın baş məşqçisi Mikel Arteta “Atletiko Madrid”in argentinalı hücumçusu Xulian Alvarezlə əlaqə saxlayaraq onu London klubunun layihəsinə cəlb etməyə çalışıb. Lakin futbolçu ispaniyalı mütəxəssisin telefon zənginə cavab verməyib.
Publika.az-ın məlumatına görə, İspaniyanın “El Chiringuito” proqramında jurnalist Josep Pedrerol bildirib ki, Arteta Alvarezlə şəxsən danışaraq onu “Arsenal”a keçməyə inandırmaq istəyib. Ancaq argentinalı hücumçu bu zəngə cavab verməyib.
Bu addım Alvarez-in “Arsenal”a keçidə marağının olmadığının göstəricisi kimi qiymətləndirilir. Futbolçunun əsas istəyinin isə “Barselona”ya transfer olunmaq olduğu bildirilir.
Pedrerol “Barselona”nın transferi reallaşdırmaq ümidini hələ də itirmədiyini deyib. Onun sözlərinə görə, Kataloniya klubunda ümid edirlər ki, “Atletiko Madrid”in baş direktoru Migel Anxel Gil Marin mövqeyini dəyişərək Alvarezin satışına razılıq verə bilər.
Alvarez daha əvvəl “Atletiko”dan ayrılmaq istədiyini açıqlasa da, Madrid klubunun rəhbərliyi onun satışına qarşı çıxıb.
Gil Marin dəfələrlə bildirib ki, klub hücumçunu satmaq niyyətində deyil və hətta yüksək məbləğli təkliflərdən imtina edib.
“Barselona” isə Alvarezin Kataloniya klubunda oynamaq istəyindən yararlanaraq transferi reallaşdırmağa çalışır. Bununla belə, “Atletiko” rəhbərliyi “Barselona”nı transfer məsələsində kluba qarşı media vasitəsilə təzyiq göstərməkdə ittiham edib.
Beləliklə, Alvarez uğrunda mübarizəyə “Arsenal”ın da qoşulmasına baxmayaraq, futbolçunun prioritetinin dəyişmədiyi və onun “Barselona”ya keçmək istədiyi bildirilir.
-
Nida Xəbər 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj
-
Nida Xəbər 14:48Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı/Foto
-
Nida Xəbər 14:06Zəngəzur dəhlizi boyunca neft və qaz kəmərləri hansı ərazilərdən keçəcək?
-
Rəsmi xronika13:50Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi
-
Nida Xəbər 13:28Rəsmi Bakı 31 Türkiyə vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - Siyahı
-
İKT11:00Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi




































