İdman
Braziliya millisinin əfsanələri Qazaxıstana gedirlər - Səbəb nədir?
Aprelin 2-3-də Almatıda idman marketinqi və biznesi üzrə beynəlxalq Meta Sport Forumu keçiriləcək.
Publika.az xəbər verir ki, tədbirdə yerli idman ictimaiyyətinin nümayəndələri, Avropa və Amerikadan dəvət olunmuş məruzəçilər ilə panel müzakirələri və keys sessiyaları keçiriləcək.
Eyni zamanda əfsanəvi Braziliya milli futbol komandasının oyunçuları, 2002-ci ilin dünya çempionları Roberto Karlos və Kafu da Almatda təbdirdə iştirak edəcəklər. Tədbirdə iştirak edən digər ulduz natiqlər arasında “Liverpul”un keçmiş SEO-su Piter Mur, “Barselona”nın keçmiş rəqəmsal direktoru Enrik Yopart, keçmiş marketinq direktoru Quilyem Qrael və “Barca Studios” rəqəmsal məzmun platformasının keçmiş direktoru Pako Latorre də var.
Kafu həmçinin “First National Sports and Business Awards Metaratings Top Awards”da xüsusi qonaq olacaq. Tədbir aprelin 3-də baş tutacaq.
Mərasim çərçivəsində ən yaxşı idmançılar və məşqçilər, menecerlər və idman təşkilatları, jurnalistlər və blogerlər, həmçinin idman biznesi və bukmeker kontorlarının nümayəndələri layiqli mükafatlar alacaqlar.
-
ABŞ09:12ABŞ prezidentinin təyyarəsi niyə gizlicə dəyişdirilib? - Tramp özü danışdı
-
MDB09:00Xəzər pələngi vəhşi təbiətə qaytarılır
-
Sosial08:36Bu rayonların bir hissəsi qazsız qalacaq
-
Qadın08:00Qadınların xəyanət etməsinin 5 SƏBƏBİ
-
İdman06:46Superkompüter La Liqanın favoritini açıqladı
-
Magazin106:1651 yaşlı məşhur aktrisadan bikinili pozalar - FOTO
-
İKT03:43Məşhur ödəniş sistemi "App Store"dan SİLİNDİ
-
Sosial01:41Bu gün 3 rayon işıqsız qalacaq






















.jpg)












