İdman
64 yaşlı əfsanə özündən 38 yaş kiçik modellə eşq yaşayır – FOTOLAR
Almaniya millisinin əfsanəvi kapitanı və “Qızıl top”un sahibi Lotar Matteus Avropa mətbuatında müzakirələrə səbəb olub.
Publika.az xəbər verir ki, o, bu dəfə futbola görə gündəmə gəlməyib. 64 yaşlı keçmiş futbolçu 26 yaşlı model Tereza Sommerlə görüşür. Onlar Terezanın iştirak etdiyi Avstriyanın nüfuzlu “Ischgl” xizək kurortunda birlikdə görüntüləniblər.
Sommer təkcə model deyil, həm də İqtisadiyyat və Menecment üzrə təhsil aldığı London Kral Kollecinin məzunudur. Həmçinin Durham Universitetində Psixologiya kursunu bitirib. Uşaq ikən o, peşəkar cüdoçu olub və indi xizək sürmə bacarığı ilə tanınır.
Cütlük birlikdə görüntülənəndən sonra jurnalistlər Matteusdan münasibətləri şərh etməsini istəyiblər. Futbol əfsanəsi soyuqqanlılığını itirməyib: “Biz xizək sürmək üçün buradayıq. Bu, şəxsi məsələdir”.
Xatırladaq ki, Almaniya millisində 150 oyun keçirən, “Bavariya”nın heyətində 6 dəfə Bundesliqanın qalibi olan, həmçinin “İnter”lə də kuboklar qazanan Matteus təlatümlü şəxsi həyatı ilə də tanınır. Ulduz futbolçunun 5 nikahı olub ki, onların əksəriyyəti də gənc qadınlarla baş tutub.


-
Rəsmi xronika12:31İlham Əliyev fərman imzaladı
-
Magazin112:00Məşhurluqdan həbsxanaya: Azərbaycanda cinayətlə gündəmə gələn qadınlar
-
İdman10:30Yamal bu oyuna 150 min avroluq kulonla gəldi - FOTO
-
Nida Xəbər 09:18Etimadın sirri: İlham Əliyevə dəstəyin səbəbləri...
-
Sosial09:12"Arzum" niyə 5 il 2 ay müddətinə həbs edildi? - Hakimdən AÇIQLAMA
-
İqtisadi gündəm08:48Qızıl kəskin bahalaşdı
-
Magazin206:16Çəkilişlər başlamadan serialdan ayrıldı
-
İdman05:15Ronaldo Dünya Kubokunda yeni rekorda imza atdı












_(1).jpg)

















.jpg)






