İdman
“Real” Ronaldodan xahiş etdi: Vinisiusu inandır ki…
“Real Madrid”in prezidenti Florentino Peres keçmiş hücumçusu Ronaldodan Vinisius Junioru 2027-ci ilin yayında başa çatacaq müqaviləsini uzatmağa razı salmasını istəyib.
Publika.az xəbər verir ki, bu barədə “Defensa Central” məlumat yayıb.
Mənbənin məlumatına görə, Ronaldo danışıqlarda birbaşa iştirak etmir, lakin onun vəzifəsi Vinisiusu “Real Madrid”in təklif etdiyi müqavilənin onun maraqlarına uyğun olduğuna inandırmaqdır. Peres 1994 və 2002-ci il Dünya Kuboku qalibinin Braziliya millisindəki yüksək mövqeyindən istifadə etmək istəyir.
Mediada əvvəllər yayılan məlumatlarda Vinisiusun yeni müqavilə üçün maaşı ilə bağlı “Real Madrid”lə razılığa gələ bilmədiyi bildirilirdi. Braziliyalı futbolçu 2018-ci ildən “Los Blancos”da oynayır. O, 375 matçda 128 qol vurub və 100 məhsuldar ötürmə edib.
Müəllif: Tural
-
Qoroskop00:30Günün ULDUZ FALI - Cazibənizlə hər kəsin diqqətini çəkəcəksiniz
-
MDB18 Avqust 22:48Azərbaycanın beynəlxalq axtarışa verdiyi Aleksey Çadayev istefa verdi
-
İdman18 Avqust 22:24"Barselona" "Qızıl top" mükafatının sahibini transfer etdi
-
Avropa18 Avqust 22:12Almaniyada sosial fəlakət baş verdi
-
Sosial18 Avqust 21:48Vəkil Elşad Məmmədov həbs edildi - YENİLƏNDİ
-
İdman18 Avqust 21:36İki arvad saxlamağın bədəli: Həsənin uşaqları saçyoldusuna çıxdılar - VİDEO
-
Magazin118 Avqust 20:48“Həmin mahnını elə-belə yazmışdım” - Səbinədən etiraf
-
Enerji18 Avqust 20:36“Brent” markalı neft sürətlə bahalaşır









.jpg)













.jpg)











