FİFA saxtakarlıq edəcək: Azarkeşləri mərkəzdə oturdacaq ki…
Bizi izləyin

İdman

FİFA saxtakarlıq edəcək: Azarkeşləri mərkəzdə oturdacaq ki…

FIFA stadionların dolu olduğu təəssüratı yaratmaq üçün Klublararası Dünya Çempionatının oyunlarında azarkeşləri kameraların tuşlandığı mərkəzi tribunalarda yerləşdirəcək.

Publika.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Bilet alan bəzi pərəstişkarlar aşağı satışlarla bağlı narahatlıqlar fonunda yerlərinin dəyişdiyini görüblər. Təşkilatçılar azarkeşlərin daha yaxşı – mərkəzi yerlərdə oturacaqlarını bildiriblər.

Qeyd olunur ki, dekabrda turnirin püşkatma mərasimi keçirilən zaman ən ucuz yerlərin qiyməti 349 dollar olub.

Klublararası Dünya Çempionatı iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm