İdman
Messinin mühafizəçisi qovuldu: Bu hərəkətinə görə
"İnter Mayami"nin hücumçusu Lionel Messinin mühafizəçisi son matçda baş verən insidentdən sonra vəzifəsini yerinə yetirməkdən kənarlaşdırılıb.
Publika.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
İyulun 31-nə keçən gecə Liqa Kubokunun 1-ci turu keçirilib və "İnter" Meksika “Atlas”ına 2:1 hesabı ilə qalib gəlib. Bu oyunda Messi iki məhsuldar ötürmə edib, onun cangüdəni Yasin Çeuko isə reqlamentin pozulmasına yol verib.
Cangüdən hər iki komandanın oyunçuları arasında yaranan mübahisəni dağıtmaq üçün matçdan sonra meydana daxil olaraq “Atlas” oyunçularına təzyiq göstərib.
Meksika klubunun müdafiəçisi Mateus Doria qeyd edib ki, onun oyunçular arasında mübahisələr zamanı meydana girməyə haqqı yoxdur.
"Mən başa düşürəm ki, Messinin mühafizəçisi onu mümkün azarkeş müdaxiləsindən qorumaq üçün oradadır. Amma oyunçular Messi ilə danışanda onun belə icazəsi yoxdur", - Doria deyib.
Eyni fikri Liqa Kuboku nizam-intizam komitəsi də bölüşür və Messinin mühafizəçisinin turnirin sonuna qədər texniki yerlərdə görünməsinə qadağa qoyub.
-
Dünya01:407,2 bal gücündə zəlzələ oldu: yaralı sayı artdı - YENİLƏNDİ
-
Qoroskop01:20Günün ulduz falı: Özünüzə güvəniniz artacaq
-
Magazin18 Dekabr 23:35"Həbsdə olanda bu anı xəyal etmişdim" - Rəqsanə ağladı
-
İdman8 Dekabr 22:16İran şokda: DÇ-2026-da millinin oyunu LGBT-yə həsr olunacaq
-
Sosial8 Dekabr 22:04Yeni ildə neçə gün iş olmayacaq?
-
Avropa8 Dekabr 21:13Bu ölkə COVID dövrünə qayıda bilər - Əhaliyə maska xəbərdarlığı
-
Sosial8 Dekabr 20:30Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi: Ətrafdakı tikililər üçün TƏHLÜKƏ - FOTO
-
İdman8 Dekabr 20:05Vernidub Bakıya gəldi, “Neftçi” ilə anlaşdı - Müqavilənin detalları











.jpg)




.jpg)







.jpg)

.jpg)







