İdman
Dünya 16 yaşlı bu qızdan danışır: Həm gözəlliyindən, həm də... - FOTOLAR
"Ferrari" gənc istedadların axtarışını davam etdirir.
Publika.az xəbər verir ki, komanda yaxın günlərdə Danimarkadan olan 16 yaşlı pilot Alba Larseni akademiyasına qəbul edib.
2008-ci il təvəllüdlü Larsen, FİA və "Ferrari"nin dəstəyi ilə keçirilən "Girls on Track – Rising Star" proqramının dördüncü mövsümünün qalibi olub. Final mərhələsi Skuderiyanın test poliqonu olan əfsanəvi Fiorano trasında baş tutub. Həmin vaxt 14 yaşı olan danimarkalı sürücü təkcə sürəti ilə deyil, həm də yetkin və peşəkar pilotaj yanaşması ilə "Ferrari" mütəxəssislərinin diqqətini cəlb edib.

Alba Larsen artıq bu mövsüm Formula 1 Qadınlar Akademiyasının bayrağı altında keçirilən çempionatda çıxış edib. İndiyə qədər baş tutan 8 yarışın 7-sində xal qazanaraq şəxsi hesabda 6-cı yerdə qərarlaşıb.
Bu inkişaf tempi "Ferrari" rəhbərliyini onunla əməkdaşlığı davam etdirməyə sövq edib. Beləliklə, Larsen 2026-cı ilin yanvarından etibarən rəsmi olaraq "Ferrari" Akademiyasının üzvü olacaq.

Gənc pilot artıq bütün dünyanın diqqət mərkəzindədir. Onun uğurları media tərəfindən işıqlandırılır. Xarici görünüşü də bu baxımdan ona kömək edir. O, "Vogue" kimi məşhur dəb jurnallarının çəkilişlərində də iştirak etmək imkanı qazanıb.








-
Dünya01:407,2 bal gücündə zəlzələ oldu: yaralı sayı artdı - YENİLƏNDİ
-
Qoroskop01:20Günün ulduz falı: Özünüzə güvəniniz artacaq
-
Magazin18 Dekabr 23:35"Həbsdə olanda bu anı xəyal etmişdim" - Rəqsanə ağladı
-
İdman8 Dekabr 22:16İran şokda: DÇ-2026-da millinin oyunu LGBT-yə həsr olunacaq
-
Sosial8 Dekabr 22:04Yeni ildə neçə gün iş olmayacaq?
-
Avropa8 Dekabr 21:13Bu ölkə COVID dövrünə qayıda bilər - Əhaliyə maska xəbərdarlığı
-
Sosial8 Dekabr 20:30Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi: Ətrafdakı tikililər üçün TƏHLÜKƏ - FOTO
-
İdman8 Dekabr 20:05Vernidub Bakıya gəldi, “Neftçi” ilə anlaşdı - Müqavilənin detalları











.jpg)




.jpg)







.jpg)

.jpg)







