“Bavariya” onun uğrunda mübarizəyə qoşuldu
Bizi izləyin

İdman

“Bavariya” onun uğrunda mübarizəyə qoşuldu

“Çelsi”nin hücumçusu Nikola Cekson Münhen “Bavariya”sının maraq dairəsinə düşüb.

Publika.az xəbər verir ki, bu barədə “Sky Sport Germany” məlumat yayıb.

Münhen klubu “Ştutqart”ın istedadlı forvardı, Almaniya gənclər millisinin üzvü Nik Voltemadeni transfer etməyə çalışsa da, bu alınmayıb. Bundan sonra “Bavariya” başqa namizədlərə yönəldib və həmin siyahıya Cekson da daxildir.

24 yaşlı hücumçuya “Mançester Yunayted” və “Nyukasl”ın da maraq göstərdiyi bildirilir. “Çelsi” isə oyunçunu 48 milyon funt sterlinq dəyərində qiymətləndirir.

Nikola Cekson 2023-cü ilin yayında London klubuna “Vilyarreal”dan 37 milyon avroya transfer olunub. O vaxtdan bəri bütün turnirlərdə 81 oyunda iştirak edib, 30 qol vurub və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm