İdman
Ronaldo Corcinaya nəhayət evlilik təklifi etdi - FOTO
"Əl-Nəsr"in ulduz futbolçusu Kriştiano Ronaldo sevgilisi Corcina Rodrigezə nəhayət evlilik təklifi edib.
Publika.az xəbər verir ki, bu barədə Corcina sosial şəbəkədə paylaşım edib.
O, dəbdəbəli üzüyünü nümayiş etdirdiyi fotonu "Bəli. Bu və bütün digər həyatlarda", - ifadəsi ilə paylaşıb.
Qeyd edək ki, Ronaldo ilə Corcina 2016-cı ildən birlikdədir və beş uşaq böyüdürlər. Uşaqlardan ikisi Corcinadan, üçü isə futbolçunun əvvəlki münasibətlərindən olub.
Daha öncə Corcina uzun müddətdir ki, evlilik təklifi gözlədiyini və yaxınlarının bu barədə mütəmadi olaraq zarafat etdiyini etiraf edib. Ronaldo isə “Bir növ işarə hiss etdikdə biz evlənəcəyik. Həyatımıza aid olan hər şeydə olduğu kimi, o da mənim nə danışdığımı bilir”, - deyə bu ilin əvvəllərində məsələyə aydınlıq gətirmişdi.
Buna baxmayaraq, Ronaldo bir neçə dəfə ictimaiyyət qarşısında Corcinanı həyat yoldaşı adlandırıb.
Ronaldo ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanına köçdükdən sonra ölkədə qadın və kişinin nikahdankənar bir evdə yaşaması qadağan olunsa da, əfsanəvi futbolçuya icazə verilib.
Ləman
-
Dünya01:407,2 bal gücündə zəlzələ oldu: yaralı sayı artdı - YENİLƏNDİ
-
Qoroskop01:20Günün ulduz falı: Özünüzə güvəniniz artacaq
-
Magazin18 Dekabr 23:35"Həbsdə olanda bu anı xəyal etmişdim" - Rəqsanə ağladı
-
İdman8 Dekabr 22:16İran şokda: DÇ-2026-da millinin oyunu LGBT-yə həsr olunacaq
-
Sosial8 Dekabr 22:04Yeni ildə neçə gün iş olmayacaq?
-
Avropa8 Dekabr 21:13Bu ölkə COVID dövrünə qayıda bilər - Əhaliyə maska xəbərdarlığı
-
Sosial8 Dekabr 20:30Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi: Ətrafdakı tikililər üçün TƏHLÜKƏ - FOTO
-
İdman8 Dekabr 20:05Vernidub Bakıya gəldi, “Neftçi” ilə anlaşdı - Müqavilənin detalları











.jpg)




.jpg)







.jpg)

.jpg)







