MY "Bavariya"nın futbolçusunu hədəfə aldı: Aralarında gərginlik var
Bizi izləyin

İdman

MY "Bavariya"nın futbolçusunu hədəfə aldı: Aralarında gərginlik var

"Mançester Yunayted" "Bavariya"nın müdafiəçisi Dayo Upamekanoya maraq göstərir.

Publika.az xəbər verir ki, bu barədə jurnalist Kristian Falk məlumat yayıb.

26 yaşlı fransız futbolçu klubun qısa siyahısına daxil olub, çünki onun Münhen komandası ilə müqaviləsi gələn yay başa çatır.

"Bavariya" sözləşmənin yenilənməsi üçün aktiv danışıqlar aparır, lakin proses çox ləng gedir. Bu, rəhbərliyin narazılığına səbəb olur. Klub Leroy Sanenin "Qalatasaray"a azad agent kimi keçməsi kimi vəziyyətin təkrarından qorxur.

Danışıqların çətinləşməsinə "Mançester Yunayted"in marağı da təsir göstərir. Bundan başqa, futbolçunun agenti Musa Sissoko Upamekanonu bir neçə İngiltərə Premyer Liqası klubuna da təklif edib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm